"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Monitorinqin sənədləri Baş Prokurorluğa təqdim olundu

08 Dekabr 2022 - 15:13
in CƏMİYYƏT
FacebookVatsap

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Elchi.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklərinin üzvləri iştirak edib.
İştirakçılara ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər barədə məlumat verilib, müzakirələr aparılıb. İclasda qrup üzvlərinə həmçinin, Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında məlumat verilib.
Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ötən həftə aparılmış monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə olunub. Çayın Ermənistanla sərhədinə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən Zəngilan rayonu Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.
Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarı 4-5 dəfə, sulfatın miqdarı bir neçə dəfə normadan yüksək müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.
Oxçuçayın Qərbi Zəngəzur ərazisindən davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilib. Həmçinin, Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki “Qacaran mis molibden” kombinatının səhmdarı olan Almaniyanın “Cronimet” Holdinq şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib və çayın çirklənməsi bu gün də davam edir.
Məsələnin ciddiliyini nəzərə alaraq, mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sübutedici sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.
Qeyd edək ki, İşçi Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları və xüsusi nümayəndəliklərlə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirir.

Bunu da oxuyun

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Previous Post

Monitorinqin sənədləri Baş Prokurorluğa təqdim olundu

Next Post

Türkiyə Rusiyadan bunu istəyir

Bənzər yazılar

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

25 Sentyabr 2026 - 16:17

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib. Elchi.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında...

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

25 Sentyabr 2026 - 16:03

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 11-ci mikrorayonunda sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən Elchi.az-a...

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08

Bakıda köhnə beş və doqquz mərtəbəli binalardakı mənzillərin qiymətində son vaxtlar 5-10 min manat artım müşahidə olunur. Elchi.az "ATV Xəbər"ə...

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 Sentyabr 2026 - 14:30

Bakının Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə Elchi.az-a...

Next Post
Rus qazı kəsildi, ABŞ milyardlar qazanır

Türkiyə Rusiyadan bunu istəyir

Rus qazı kəsildi, ABŞ milyardlar qazanır

Türkiyə Rusiyadan bunu istəyir

Son xəbərlər

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

Əraqçi Lavrovla Hörmüz boğazını və ABŞ ilə təmasları müzakirə edib

25 Sentyabr 2026 - 16:38
“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

“Birbaşa Bakı” Çempionlar Liqasında mübarizəni dayandırdı

25 Sentyabr 2026 - 16:25
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edildi

25 Sentyabr 2026 - 16:17
Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

Formula 1: Bakı Qran-Prisində sıralama turu başladı

25 Sentyabr 2026 - 16:10
Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

Zakir Fərəcov sakinlərlə səyyar görüş keçirib

25 Sentyabr 2026 - 16:03
Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb – VİDEO

25 Sentyabr 2026 - 15:08
Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

Netanyahu Qəzza və İrandakı müharibələri barbarlara qarşı döyüş adlandırdı

25 Sentyabr 2026 - 15:00
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

25 Sentyabr 2026 - 14:52
Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

Emi Karlon: ABŞ-Azərbaycan münasibətləri əlamətdar dövrünü yaşayır

25 Sentyabr 2026 - 14:43
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

25 Sentyabr 2026 - 14:30
Formula 2-nin birinci əsas yarışı başladı

Formula 2-nin birinci əsas yarışı başladı

25 Sentyabr 2026 - 14:14
Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51
Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr 2026 - 13:42
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.