Moldovada parlament seçkilərinin ilkin nəticələrinə görə, üç partiya, o cümlədən prezident Maya Sandu partiyası və iki blok parlamentə daxil olub.
Elchi.az xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, seçici fəallığı 52,15 faiz olub, səslərin 98,24 faizi hesablanıb.
Müvafiq olaraq, Qərbyönlü Sandu tərəfindən qurulan Hərəkət və Həmrəylik Partiyası (PAS) 49,63 faiz səslə birinci olub.
Rusiya ilə yaxınlaşmanın tərəfdarı olan Sosialistlər, Kommunistlər və “Moldovanın Gələcəyi” partiyalarından ibarət “Patriot” bloku 24,51 faiz səslə ikinci olub.
Seçki barajını keçən üç siyasi partiyadan ibarət “Alternativ” bloku 8,06 faiz, “Bizim” Partiyası isə 6,24 faiz səs toplayıb.
“Evdə Demokratiya” Partiyası 5,66% səs toplayaraq parlamentə daxil olan digər partiya olub.
Digər blok və partiyalar, eləcə də müstəqil namizədlər seçki baryerini keçə bilmədiklərinə görə parlamentə daxil ola bilməyiblər.
Şayəstə Hüseynova





















