Moldovada dövlət dilinin rumın dilinə dəyişdirilməsi TƏSDİQLƏNİB

61

Moldova parlamenti dövlət dilinin adının moldova dilindən rumın dilinə dəyişdirilməsinə imkan verən dəyişiklikləri ikinci oxunuşda təsdiqləyib.

Elchi.az xəbər verir ki, bu barədə parlamentin spikeri İqor Qrossu bu gün keçirilən iclasda bildirib.

“Layihə ikinci oxunuşda 58 səslə təsdiq edilib. Təbrik edirəm”, – deyə spiker deyib.

Yeni layihə ilə “Moldova dili” sözləri istənilən qrammatik şəkildə “Rumın dili” ifadəsi ilə əvəz edilib. Bundan əlavə, “dövlət dili”, “rəsmi dil” və “ana dili” sözləri Moldovanın dövlət dilinə aid edilərsə, “rumın dili” ifadəsi ilə əvəz edilir.

Hakim partiyanın deputatları bu qərarı alqışlarla qarşılayıblar. Eyni zamanda, Rusiyayönlü müxalifət hakim çoxluğun qərarına Konstitusiya Məhkəməsində etiraz etmək niyyətindədir.

Xatırladaq ki, Moldova Respublikasının bütün qanunvericiliyində, o cümlədən Moldova Respublikasının konstitusiyasında “Moldova dili” ifadəsinin “Rumın dili” ifadəsi ilə əvəz edilməsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib. 56 deputat sənədi dəstəkləyib.

Yeganə