Elchi.az xəbər verir ki, Moldova hakimiyyəti Fövqəladə Hallar Komissiyasının iclasından sonra “rəqəmsal qızıl”ın hasilatını qadağan edib. Səbəb enerji sahəsində ciddi problemlər olub, rəsmilər bildiriblər.
“HS 8471 50,000 tarif bəndi ilə təsnif edilən ixtisaslaşdırılmış avadanlığın idxalı məhdudlaşdırılıb”, – respublika hökumətinin rəsmi saytında yazılıb.
Bundan əvvəl KİV-də Moldova lideri Maya Sanduya qarşı mitinqlər barədə məlumatlar yayılıb. Etirazçılar prezidenti istefaya çağırıblar. Həmçinin, qəzəblənən vətəndaşlar Vaşinqtonun öz ölkələrinin rəhbərinə mənfi təsirini bəyan ediblər.
Şayəstə