Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampın Hindistan mallarına idxal rüsumlarını 50% artırmaq qərarına münasibət bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Newsweek”in məqaləsində deyilir.
Modi Hindistanın ABŞ-ın belə bir addımına hazır olduğunu qeyd edib.
“Bilirəm ki, yüksək qiymət ödəməli olacağam, amma mən hazıram. Hindistan hazırdır”, – Hindistanın baş naziri deyib.
Avqustun 6-da Tramp Rusiya neftinin alınması üçün Hindistandan idxal edilən mallara əlavə rüsum tətbiq edən sərəncam imzalayıb.
Eyni zamanda, daha sonra jurnalistlərlə görüşü zamanı Amerika lideri Hindistana münasibətdə belə tarifin ləğvini istisna etməyib. Strateji Kommunikasiyalar Mərkəzinin prezidenti Dmitri Abzalov hesab edir ki, Vaşinqtonun Yeni Dehli ilə bağlı əlavə rüsumlar tətbiq etməsi Hindistan iqtisadiyyatının inkişafını dayandıra bilməyəcək.
Yeganə


















