Hindistanın baş naziri Narendra Modi Avropa İttifaqı (Aİ) liderləri ilə Ukraynada nizamlanmanı müzakirə etdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
“Avropa Şurasının prezidenti Antonio Kosta və AK prezidenti Ursula fon der Leyen ilə çox səmərəli söhbət etdik”.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar Ukraynadakı münaqişəyə ən qısa zamanda son qoymaq səylərini müzakirə ediblər.
Söhbət zamanı Modinin qeyd etdiyi kimi, Hindistan və Avropa İttifaqı arasında azad ticarət sazişinin tezliklə bağlanmasına, habelə Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin həyata keçirilməsinə sadiqlik bir daha təsdiqlənib. Strateji tərəfdaşlıq, Modinin vurğuladığı kimi, sabitliyin möhkəmləndirilməsində əsas rol oynayır.
Yeganə






















Son şərhlər