Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Elchi.az-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.
“Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, – məlumatda vurğulanıb.
Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüb. Elchi.az xəbər verir ki, görüş Partriarxın...





















Son şərhlər