Azərbaycan Ordusunun itkisi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, ermənilər sosial şəbəkələrdə çirkin dezinformasiya əməllərindən əl çəkmir, feyk məlumatlar yayırlar.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
“Bildiririk ki, bütün bunlar onların daxili auditoriyasına hesablanmış addımlardır. Erməni sosial şəbəkələrində yayılan bu tipli xəbərləri qəti şəkildə təkzib edirik”, – MN rəsmisi əlavə edib.
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...




















Son şərhlər