"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

MM sədri Simonyanın iddialarına cavab verdi

28 Oktyabr 2022 - 21:52
in MÖVQE
FacebookVatsap

Bunu da oxuyun

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara cavab verib.

Elchi.az xəbər verir ki, S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı bəyanat tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir.

Milli Məclisin sədri daha sonra vurğulayıb:

“Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb”.

Minalanmış ərazilərin xəritələri ilə bağlı məsələyə gəlincə, spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan bu xəritələri Ermənistandan çox çətinliklə əldə edib və bu xəritələrin dəqiqliyi cəmi 25 faizə bərabərdir. Ermənistan ərazilərimizin minalanmasını davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə 1 400-dən çox mina tapılıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub. Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır.

Spikerin sözlərinə görə, bütün bu faktları nəzərə alsaq, hərbi təxribatlarda, sülh prosesinin əngəllənməsində hansı ölkənin – Azərbaycanın, yoxsa Ermənistanın maraqlı olduğu aydın görünür.

Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib.

“Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonim şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır. İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir. Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu video görüntüləri araşdırırmı?” , – deyə Milli Məclisin sədri vurğulayıb.

S.Qafarova daha bir sual ünvanlayıb: “İki Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərlərinə və mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlərin və digər qanunsuz əməllərin, habelə 44 günlük müharibə dövründə dinc əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə amansız raket hücumlarının günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün Ermənistan tərəfindən hansı addımlar atılıb? Sual təbii ki, ritorikdir, çünki sosial şəbəkələrdə də geniş yayılan çoxsaylı rəsmi videoların olmasına baxmayaraq, heç bir addım atılmayıb”.

Milli Məclisin sədri qeyd edib ki, birinci Qarabağ müharibəsindən sonra 3 900-ə yaxın azərbaycanlı itkin düşmüş hesab olunur. Onlara nə olub? Bu, seçicilərimizin bizə ən çox ünvanladığı suallardan biridir. Hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır.

S.Qafarova daha sonra hərbi əsirlər məsələsi ilə bağlı Ermənistan parlamentinin spikerinin əsassız iddialarına da münasibət bildirib.

MDB PA-nın Almatıda keçirilən sonuncu iclasında Alen Simonyanın hərbi əsirlərlə bağlı bəyanatlarına cavab verdiyini xatırladan Milli Məclisin sədri bir daha qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olaraq hərbçilərimizə, mülki əhalimizə qarşı terror aktları törədənlər hərbi əsir kimi tanınmır. Onlar ağır cinayətlər törətmiş cinayətkarlardır.

Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə gəldikdə isə spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq.

Milli Məclisin sədri erməni mədəni irsinin dağıdılması ilə bağlı iddiaya da cavab verib. O, deyib ki, 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus bütün mədəni irsi məhv edib, bir çox tarixi, mədəniyyət və dini abidələr yerlə-yeksan edilib. Məscidlərimiz təhqir olunub, dağıdılıb, inək, donuz saxlanılan yerlərə çevrilib. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün YUNESKO bu ərazilərə səfər etməyib.

Sonda spiker Sahibə Qafarova erməni spikerin öz çıxışında səsləndirdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazını bildirərək, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını deyib, bu ərazilərin Qarabağ regionu olduğunu qeyd edib.

Previous Post

MM sədri Simonyanın iddialarına cavab verdi

Next Post

ABŞ İran fonduna sanksiyalar tətbiq edib

Bənzər yazılar

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23

Makron Ukrayna və Rusiyanı enerji infrastrukturuna və Qara dənizdəki hədəflərə qarşı zərbələrlə bağlı moratoriuma razılaşmağa çağırıb. Elchi.az xəbər verir ki, Nyu-Yorkda...

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08

Suriya lideri əl-Şara zarafatla Trampa Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib. Elchi.az xəbər verir ki, keçid dövrü üçün Suriya lideri...

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

Pezeşkiandan BMT-yə “etimadsızlıq” mesajı

22 Sentyabr 2026 - 11:49

İran Prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının "Etimadın bərpası" şüarına toxunaraq bildirib: "Etimad mövcud olmayan bir şeydir; tıpkı insan hüquqlarına...

Next Post
ABŞ İran fonduna sanksiyalar tətbiq edib

ABŞ İran fonduna sanksiyalar tətbiq edib

ABŞ İran fonduna sanksiyalar tətbiq edib

ABŞ İran fonduna sanksiyalar tətbiq edib

Son xəbərlər

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28
ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib

25 Sentyabr 2026 - 23:27
Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

Kanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır

25 Sentyabr 2026 - 23:25
Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

Neftçalada küləyin sürəti 25 m/s-yə çatır – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 23:23
Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

Tramp Si Cinpinlə danışıqları barədə: möhtəşəm hadisələr gözlənilir

25 Sentyabr 2026 - 20:49
Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

Kamçatka sahillərində “Triumf” gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb

25 Sentyabr 2026 - 20:47
AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

AK: Aİ ölkələri insan alveri və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunları icra etməyə tələsmir

25 Sentyabr 2026 - 20:44
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib

25 Sentyabr 2026 - 20:41
Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

Amsterdamda kafe terrasında atışma zamanı bir nəfər ölüb

25 Sentyabr 2026 - 20:40
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər

25 Sentyabr 2026 - 20:22
Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

Qazaxıstan və Çin 8 milyard dollarlıq 50 kommersiya sənədi imzalayıb

25 Sentyabr 2026 - 20:20
Küləkli hava nə vaxta qədər davam edəcək?

Bəzi yerlərdə küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

25 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

25 Sentyabr 2026 - 19:18
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib

25 Sentyabr 2026 - 19:09
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO

25 Sentyabr 2026 - 19:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.