“1990-cı il yanvarın 20-də – 25 il əvvəl Qorbaçov ordusu Bakıya soxuldu. Onun niyyəti terror yolu ilə azərbaycanlıların azadlıq və müstəqillik iradəsini qırmaq idi. Həmin faciədə içərisində qadın, uşaq və qocaların da olduğu onlarla insan öldürüldü. Bu, Azərbaycan xalqının tarixinə “Qara Yanvar” oldu. Buna görə də biz bu gün kədərlənirik və tarixin bir parçasına çevrilən həmin insanlar üçün dua edirik”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal deyib. O həmçinin qeyd edib ki, 20 yanvar faciəsi sovet tarixində cinayətlər zəncirinin sonu oldu.
Heydər Camal SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov haqqında da danışaraq onu qorxunc cinayətlərin müəllifi adlandırıb.
“O da bütün sovet rəhbərləri kimi siyasətçi deyildi. Onlar öz vəzifələrini və məsuliyyətini dərk edə bilməyən, istənilən addımı atmaqdan, ən əsası isə kapitalist dünyasız qalmaqdan qorxan aciz, qanmaz adamlar idilər. Onlar sözdə kapitalizmlə mübarizə aparırdılar. Əslində isə onlar bu kapitalist dünyanın dağılmasından çox qorxurdular. Buna görə də onlar kapitalizmə qalib gəlməmək üçün sosializmi məğlub olmağa məcbur etdilər”, – deyə politoloq əlavə edib.
Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...
Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...
"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...
Son şərhlər