Mismar üzərində 12 saatdan çox dayandı…

103

Xərçəng xəstəliyinə qalib gələn livanlı Rami Naus yenidən daxili gücünə inanaraq, mismar üzərində dayanma üzrə dünya rekordu qırıb.

Elchi.az News.am-a istinadən xəbər verir ki, Rami Naus 12 saat 12 dəqiqə 8 saniyə mismar üzərində dayanıb və bunun sayəsində Ginnesin Rekordlar Kitabına düşüb.

Qeyd edək ki, Naus xərçəngə qalib gəlib, baxmayaraq ki, ailəsinin digər üzvləri bu xəstəlikdə o qədər də şanslı deyildi. O, bildirib ki, bu cür sınaqlara tab gətirmək üçün daxili və ruhi güc tələb olunur.

Yeganə