Misirdə paytaxt Qahirənin şimalındakı Dakahliye əyalətində sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə Misir mətbuatında çıxan xəbərlərdə qəzanın sürücünün sükan idarəetməsini itirməsi nəticəsində baş verdiyi bildirilib.
Dakahliye Valiliyinin sosial media hesabından edilən açıqlamaya görə, avtobusun Nil çayına düşməsi nəticəsində 20 nəfər həyatını itirib.
Qəzada 10-a yaxın adam xəsarət alıb, hadisədən sonra axtarış-xilasetmə işlərinə başlanılıb və yaralılar xəstəxanaya çatdırılıb.
Misir Yaxın Şərqdə ən çox yol qəzası baş verən ölkələrdən biri kimi tanınır. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə hazırladığı hesabata görə, Misir yol hərəkəti təhlükəsizliyi baxımından ərəb ölkələri arasında 16-cı, dünyada isə 109-cu yerdədir.
Şayəstə