Üçüncü dəfə and içən Misir prezidenti Sisi “maliyyə intizamının və düzgün idarəetmənin təmin edilməsinə yönəlmiş hərtərəfli institusional islahatlar” həyata keçirəcəyini vəd edib.
Elchi.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi daha 6 il ölkəni idarə edəcəyi yeni səlahiyyət müddəti üçün Nümayəndələr Palatasında and içib.
Sisi yenidən prezident seçildiyi üçün “söz sahibi və qərar qəbul edən böyük Misir xalqına” təşəkkür edib.
Misir prezidenti Sisi, “Ölkənin və Misir xalqının müasir, demokratik və inkişaf etmiş bir dövlət qurmaq istəklərinin həyata keçirilməsi prosesini tamamlamaq üçün sizə verdiyim sözü təzələyirəm” -deyib. Yeni prezidentlik müddəti ilə bağlı Sisi “Misirin milli təhlükəsizliyinin xarici əlaqələr səviyyəsində, təlatümlü regional və beynəlxalq mühitdə qorunmasının prioritet olduğunu” vurğulayıb.
Nuranə Məmmədova