Misir prezidenti Ermənistana gedəcək

36

Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi regional səfər çərçivəsində yaxın günlərdə Ermənistana gedəcək.

Elchi.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın prezident aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ağasi Marqaryan təsdiqləyib.

“Əbdülfəttah əs-Sisi yaxın günlərdə Ermənistana regional səfərə gələcək”, – deyə Marqaryan bildirib.

Regional səfər çərçivəsində Misir prezidenti hazırda Hindistandadır, o, Azərbaycanda da olacaq.

Yeganə