Həmas atəşkəs təklifinə yazılı cavab verəcək

Misir mətbuatında yer alan xəbərlərə görə, HƏMAS Qahirəni tərk edib və nümayəndə heyəti Misirin atəşkəs razılaşması təklifinə yazılı cavab verəcək. Elchi.az xəbər verir ki, Həmas Misirin atəşkəs təklifinə yazılı cavab verəcək. Vasitəçi Misirin Qəzza zolağında atəşkəsə nail olmaq üçün diplomatik səyləri davam edir. Misirdə yayımlanan Əl Qahera News kanalı, Misir mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, "Qəzzada atəşkəs" danışıqlarından sonra Həmas heyətinin Misirin paytaxtı Qahirədən ayrıldığını bildirib. HƏMAS-ın Misirin atəşkəs razılaşması təklifinə yazılı cavabla dönəcəyi bildirilib. Misir administrasiyası və HƏMAS-dan hələlik rəsmi açıqlama verilməyib. Digər tərəfdən, İngiltərə Xarici İşlər Naziri David Cameron dünən Qəzzada məhbusların azad edilməsi qarşılığında Həmas-a 40 günlük atəşkəs təklif edildiyini açıqlamışdı. Şayəstə Hüseynova