Avropa Parlamentini şoka salan korrupsiya işi Avropa İttifaqının reputasiyası üçün “dramatik” və dağıdıcı hal yaradıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.
Onun sözlərinə görə, bu qalmaqal Aİ-nin enerji böhranı ilə mübarizəsini çətinləşdirib.
Şarl Mişel qeyd edib ki, Aİ bu vəziyyətdən dərs almalı, həmçinin korrupsiyanın təkrarlanma ehtimalını istisna etmək üçün tədbirlər paketi yaratmalıdır. O, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda adekvat cavab verilməlidir, əks halda Avropa ciddi problemlərlə üzləşə bilər.
Yeganə