MİS rəisi yüksəkçinli məmurları ifşa elədi-FOTOLAR

🗓 08.01.2015 17:28 ✍️ "Elçi" qəzeti
MİS rəisi yüksəkçinli məmurları ifşa elədi-FOTOLAR
Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küç., 11, mən. 103-də yaşayan Əliyev Əsəd Yaqub oğlu qafqaznews.org saytına müraciət edib. Müraciətdə deyilir: “ Mən 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayıram. Bu yaxınlarda mənim eyvanımın altında tikinti işləri aparmağa başladılar. Məlum oldu ki, 1-ci mərtəbədə, mənim mənzilimin altındakı 101 saylı mənzil kiməsə satılıb. Həmin mənzilin yeni sahibi öz evində dəyişiklik etmək qərarına gəlib və bizim küçəni zəbt eləmək istəyir. Yeni sahib əvvəlcə “beton zirzəmi” tikdi. Bu isə sakinlərin narazılığına səbəb oldu. 10893489 895217967189743 636690352 n 329x4391 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR Əsəd Əliyevin sözlərinə görə, icra hakimiyyəti orqanları bu qanunsuzluğa seyrçi yanaşdılar: “ Nə Binəqədi icra hakimiyyəti, nə də hüquq-mühafizə orqanları qanunsuz inşaat işlərinə mane olmadılar. Əliyev qanunları saya salmayan “təzə ev sahibi”nin kimliyi ilə maraqlanıb. Və bunun üçün 1 saylı KMİS-in rəisi Mahmud Həsənliyə müraciət edib. Mahmud Həsənli ona bildirib ki, siz sakinlər özünüzü yormayın, heç nə edə bilməyəcəksiniz, onlar tikintini başa çatdıracaqlar. Rəis onu da bildirib ki, 101 saylı mənzilin kimin adına rəsmi qeydə alındığını bilməsə də, əsl sahiblərinin Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalova və Bakı ŞİH-nin Kommunal Təssərrüfat İdarəsinin rəis müavini Vidadi Əliyev olduğunu bilir. 10918392 895217890523084 1610061244 o MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR KMİS-in rəisi Əsəd Əliyevə onu da bildirib ki, tikinti qanunsuz olsa da, sonda Bakı ŞİH-nin başçısı Hacıbala Abutalıbov tikintini sənədləşdirib qanuni don geydirəcək. Əsəd Əliyev Mahmud Həsənli ilə aralarındakı relefon söhbətinin yazısını da bizə təqdim etdi. Hansıkı həmin danışıqda Mahmud Həsənli tikintinin əsl sahiblərinin Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalova və Bakı ŞİH-nin Kommunal Təssərrüfat İdarəsinin rəis müavini Vidadi Əliyev olduğunu bildirir. Məsələyə aydınlıq gətirmək üçün Mahmud Həsənliyə müraciət eləsək də o sualımıza cavab verməkdən imtina elədi. Onda biz Bakı ŞİH Mənzil Kommunal Təssərrüfat Departamenti sədrinin köməkçisi Sabit Hüseynova müraciət elədik. O, bildirdi ki: “ Qanunsuz tikintinin Vidadi Əliyevə məxsus olması həqiqətə uyğun deyil. Vidadi Əliyev özü qanunsuz tikililəri sökür”. Ədliyyə Nazirliyinin mətbuat katibi Aydın Ağazadə isə qanunsuz obyektin Xanlar Zeynalova məxsus olması ilə bağlı sualımıza belə cavab verdi: “ Ədliyyə Nazirliyinin fəaliyyətinə aid olmayan suala şərh verə bilmərəm”.  (qafqaznews.org) 10893478 895217963856410 534337382 n 329x439 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10893364 895848090460064 1735346453 n 1 326x439 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10909248 895217970523076 659954822 o 475x356 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10909305 895217887189751 160782561 o 475x356 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10912537 895217910523082 106769614 o 475x356 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10921674 895847903793416 518691982 n 329x439 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10927525 895217933856413 213988216 o 475x356 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR10928095 895848000460073 68820633 n 329x439 MİS rəisi  yüksəkçinli məmurları ifşa elədi FOTOLAR

Bənzər yazılar