NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 23-də alyansın Brüsseldəki mənzil-qərargahında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
Elchi.az NEWS.am-a istinadən xəbər verir ki, bu barədə NATO-nun elanında bildirilib.
Elanda iclasın gündəliyi qeyd edilməyib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. İclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib. Stoltenberq regional məsələlərin danışıqlar yolu ilə həllinin və bu istiqamətdə ardıcıl səylərin, o cümlədən beynəlxalq tərəfdaşların dəstəyi ilə həllinin vacibliyini vurğulayıb.
Yeganə