Avqustun 26-da Minskdə Gömrük İttifaqı ölkələri – Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin Ukrayna prezidenti ilə görüşü keçiriləcək. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kremldən açıqlama verilib. Görüşdə Avropa Birliyinin nümayəndələri də iştirak edəcək. Belə ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton, eləcə də ticarət və energetika üzrə komissarlar Karel De Quht və Günter Öttinger də görüşə qatılacaqlar.