Minskdə Rusiya, Belarus, Qazaxıstan və Ukrayna prezidentlərinin görüşü keçiriləcək

🗓 19.08.2014 20:55 ✍️ "Elçi" qəzeti

Avqustun 26-da Minskdə Gömrük İttifaqı ölkələri – Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin Ukrayna000667_763471 prezidenti ilə görüşü keçiriləcək. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kremldən açıqlama verilib. Görüşdə Avropa Birliyinin nümayəndələri də iştirak edəcək. Belə ki, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton, eləcə də ticarət və energetika üzrə komissarlar Karel De Quht və Günter Öttinger də görüşə qatılacaqlar. 

 

Bənzər yazılar