13:55
Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Elchi.az xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan 90 ES 662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77 XL 145 dövlət qeydiyyatı nişanlı “Hunday” markalı avtomobillə toqquşub.
VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisənin təfərrüatı araşdırılır.
***
Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.
Məlumatına görə, “VAZ-2107 və “Hunday” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Seymur Samir oğlu Talıbov ölüb.
Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.