Minaatanlarımız hədəfləri belə məhv etdi – Video
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər.
Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı
Xəbər verildiyi kimi, bu gün Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Elchi.az Axar.az-a istinadən xəbər verir...