Millimiz Ukraynaya uduzdu

🗓 13.09.2014 14:21 ✍️ "Elçi" qəzeti
19 yaşadək qız futbolçulardan ibarət komandalar  arasında Bakıda keçirilən Avropa çempionatının II seçmə qrupuna start verilib. img1497109Apasport.az saytının məlumatına görə, millimiz ilk oyunda Ukrayna ilə üz-üzə gəlib.
“Bayıl Arena”da keçirilən görüş Patrisiya Qonsalesin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, qalib gələn tərəf qonaqlar olub. Matçda yeganə qolu Ukrayna yığmasının yarımmüdafiəçisi Viktoriya Qolovaç vurub. O, 64-cü dəqiqədə Aytac Şərifovanın qoruduğu qapıya yol tapıb.
Qeyd edək ki, qrupun digər görüşündə bu gün saat 19:00-da Danimarka Kiprlə görüşəcək. Sentyabrın 15-də isə Kipr – Ukrayna və Danimarka – Azərbaycan oyunları keçiriləcək.

Bənzər yazılar