"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Milli Şura üzvünün övladı məhkum edildi

28 Oktyabr 2015 - 07:58
in XƏBƏR LENTİ
FacebookVatsap

oqtaygMilli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyevlə bağlı cari ilin yanvar ayında Bakı Apellyasiya Məhkəməsində başlanan cinayət işinə dair məhkəmə prosesi sona çatıb. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmündən müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib. Apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya olduğu üçün məhkəmənin qəbul etdiyi qərarla Əlgüşad Gülalıyevin məhkum edilməsi ilə bağlı Xətai rayon məhkəməsinin çıxardığı qərar hüquqi qüvvəyə minib.Bakı Apellyasiya Məhkəməsinin son qərarına münasibət bildirən hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Apellyasiya məhkəməsi məhkəməyə təqdim edilən sübutları düzgün və obyektiv qiymətləndirməyib, ədalətli məhkəmə araşdırması aparmayıb; “Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən verilən çoxsaylı vəsatətləri qəbul etməyib. Məhkəmədə şahidlərin, zərərçəkənin iştirak edib onların dindirilməsi, iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilməsinə, Xətai rayon məhkəməsinin protokollarının saxta tərtib olunması ilə bağlı faktların araşdırılmasına lüzüm görməyib. Məhkəmə prosesinin qismən də olsa məhkəmə istintaqı ilə aparılmasına dair vəsatəti qəbul etməyib və istintaq olmadan məhkəmə iclasını keçirib, bununla yol verilən kobud qanun pozuntularına göz yumub.
Eyni zamanda Apellyasiya məhkəməsi şahidlərin birinci instansiya məhkəməsində verdikləri ifadənin ibtidai istintaq zamanı verdikləri ifadəyə münasibətdə ziddiyyətli olması ilə bağlı bildirib ki, qeyd edilən şəxslərin məhkum Əlgüşad Gülalıyevin sinif yoldaşları olması faktı əsas verir ki, məhkəmə kollegiyası o fikrə gəlsin ki, sinif yoldaşları Əlgüşad Gülalıyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiklərindən bu cür ifadələr vermişlər və bu baxımdan da onların ibtidai istintaq zamanı verdikləri ifadələr daha inandırıcı və əsaslı sübut kimi qəbul olunmalıdır. Təəssüflə qeyd etmək lazımdır ki, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaq, müdafiə tərəfinin apellyasiya şikayətini rədd etmək üçün gəldiyi bu qənaətdə də ciddi yanlışlığa yol verib. Çünki iş materiallarına əlavə olunmuş video diskdə əks olunmuş görüntülər sübut edir ki, məhkəmədə ifadə verən “şahidlər” həqiqətən baş verdiyi iddia olunan hadisə zamanı orda olmayıblar. Onlardan polis bölmələrində qanuna zidd şəkildə, az yaşlı olmalarına baxmayaraq valideynlərinin iştirakı olmadan qorxu və təhdid altında ifadə alınması faktını birinci instansiya məhkəməsində iştirak edən onların valideynləri də təsdiq ediblər. Digər tərəfdən cinayət işində şahid kimi tanınan və adları keçən Hüseynov Məzahir Qüdrət oğlu, Babayev Elnur Sabir oğlu və Məmmədov Orxan Əhməd oğlu təqsirləndirilən şəxs Gülalıyev Əlgüşadla bir sinifdə oxumurlar və şahidlərin onu məhz sinif yoldaşları olduqları üçün müdafiə etməsi barədə Apellyasiya instansiyasının gəldiyi qənaət yanlış və əsassızdır.
Apellyasiya məhkəməsinin qəbul etdiyi yeganə düzgün qərar ondan ibarət olub ki, Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmündə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Gülalıyev Əlgüşada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təyin edilən müddəlar xaric edilib. Təəssüf ki, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılıb və apellyasiya şikayəti təmin edilməyib.

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Apellyasiya instansiyası işə mahiyyəti üzrə baxan sonuncu instansiya olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Qanunvericiliyə görə şəxs ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirirsə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın.
Əgər şəxs əməldə təqsirli olmadığını bildirirsə və buna dair arqumentlər irəli sürürsə apellyasiya məhkəməsinin vəzifəsidir ki, həmin halları araşdırsın və şəxsin əsassız məhkum olunmasının qarşısını alsın. Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi yuxarıda qeyd olunanların heç birini etmədi. Əlgüşadla bağlı qurama cinayət işinə xitam verilməsi və onun bəraət alması ilə bağlı hüquqi müstəvidə mübarizəmizi Ali Məhkəmədə davam etdirəcəyik”.

Bakı Apellyasiya Məhkəməsinin qərarından müdafiə tərəfi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verib.
Xatırladaq ki, Əlgüşad Gülalıyev özü 2013- cü ilin sentybarında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə Ə. Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qəti- imkan tədbiri seçilib. Cinayət İşinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər üzrə İstintaq şöbəsi aparıb. Əlgüşad Gülalıyev Mill Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladıdır. Atası, keçmiş siyasi məhbus O. Gülalıyev Sabirabad rayon məhkəməsinin 13 iyun 2012- ci il tarixli hökmü ilə polis nəzarətində olmaqla ev dustaqlığına məhkum edilib. Cinayət Məcəlləsinin 220.2- ci maddəsi ilə ittiham olunur, ölkədən çıxışı yasaqdır.

Previous Post

Milli Şura üzvünün övladı məhkum edildi

Next Post

Nazirlər Kabineti və Mərkəzi Banka tapşırıq verildi.

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

Nazirlər Kabineti və Mərkəzi Banka tapşırıq verildi.

Nazirlər Kabineti və Mərkəzi Banka tapşırıq verildi.

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.