"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixində dönüş nöqtəsi

13 İyun 2026 - 20:33
in SİYASƏT
FacebookVatsap

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Bunu da oxuyun

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Ulu Öndər Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin qayıdış və xilaskarlıq missiyasının rəmzinə çevrilmiş Milli Qurtuluş Günü həm də müstəqilliyimizin sarsılmaz simvoludur. Bu əlamətdar gün Azərbaycan tarixinin dönüş nöqtəsi, dövlətçiliyimizin xilas hadisəsidir. Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrilmiş bu qürurverici gün xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd edilir.

Azərbaycanın qurtuluş hərəkatına gedən yol çətin və mürəkkəb bir tarixi mərhələni təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Moskvanın yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən getdikdən sonra erməni şovinistləri və onların sovet iqtidarında olan himayədarları Qarabağın Azərbaycandan alınıb Ermənistana hədiyyə edilməsi üçün xain plan həyata keçirməyə başladı ki, bu da xalqımızın ağır faciələrlə üzləşməsinə gətirib çıxardı.

Şübhəsiz ki, Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı, ermənilər və havadarları bu çirkin əməllərinə cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyimizin ilk illərində dağınıq siyasi qüvvələr və ovaxtkı iqtidar cəmiyyətin sağlam düşüncə sahiblərinin səsinə qulaq asmadı və böyük dühanın ölkə rəhbərliyinə dəvət edilməməsi Azərbaycanın 20 Yanvar və Xocalı faciələrini yaşamasına, torpaqların 20 faizinin işğal edilməsinə səbəb oldu.

Həmin illərdə yaranmış böhran vəziyyətində ölkənin müqəddəratını deyil, şəxsi mənfəətlərini düşünən şəxslərin hakimiyyəti ələ keçirməsi və səriştəsiz idarəçiliyi müstəqil dövlətin iztirablarla üzləşməsi ilə nəticələndi. Hərc-mərclik və özbaşınalıq şəraitində ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə dərin zəminin yaranması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

1993-cü ildə respublikada həyatın bütün sahələri dağıdıcı fəlakətlə üzləşmişdi. Hakimiyyət daxilindəki qruplaşmalar və birincilik uğrunda bir-birinə qarşı mübarizə kəskin xarakter almış, prezident ölkədəki real vəziyyətdən, cəbhədəki durumdan bixəbər, hakimiyyətə nəzarət isə tamamilə itmişdi.

Beləliklə, bir illik hərc-mərclik iqtidarının apardığı siyasət Azərbaycanda anarxiya, xaos, özbaşınalığa yol açmış, iqtisadiyyat tamamilə çökmüş, əhalinin sosial durumunu son dərəcə ağırlaşmışdı. Hakimiyyət qüvvələrin xəyanəti torpaqlarımızın xeyli hissəsini hərbi təcavüzə məruz qoyaraq, dövlətimizi qaranlıq gələcəyə sürükləyirdi.

Belə bir vəziyyətdə çıxış yolu axtaran xalq xilasını yalnız Heydər Əliyevin dövlət kürsüsünə qayıdışında görürdü. Ölkəni məhvə sürüklədiklərini və fəlakətin ağırlığını anlayan AXC-Müsavat cütlüyü Heydər Əliyevdən imdad istədi. Ölkəni ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxs və şəxsiyyət məhz Heydər Əliyev idi.

Ulu Öndər həmin illərdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında müstəqil Azərbaycan dövlətinin milli sütunlarını bərqərar edirdi. Onun o vaxt üçün xalqı müstəqil dövlətçilik idealları ətrafında sıx birləşdirdiyi yeganə inam və ümid yeri Naxçıvan idi.

Nəhayət, Ulu Öndər 1993-cü il iyununda xalqın və ölkənin hakim dairələrinin təkidli dəvətini qəbul edərək xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İyunun 15-də onun hakimiyyətə qayıdışı ilə Azərbaycan əvvəlcə ictimai-siyasi, ardınca isə iqtisadi böhrandan xilas olmağa başladı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, bu tribunadan qəti prinsiplərini elan etdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına və qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu və qurtuluş hərəkatı zəfərlə başa çatdı.

Ümummilli Liderin qısa zamanda müəyyənləşdirdiyi unikal dövlət kursu sayəsində Qarabağ müharibəsində atəşkəs əldə edildi və nizami ordu quruculuğuna başlanıldı. Ölkədə demokratik və müasir idarəetmə sistemi formalaşdırıldı. Neft müqavilələrinin imzalanması ilə milli iqtisadi inkişafın və maliyyə potensialının təməlləri qoyuldu, Azərbaycan iqtisadi dirçəlişə qədəm qoydu.

İlk parlament seçkilərinin keçirilməsi və referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi demokratik inkişaf modelini təsis etdi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyinə inteqrasiyası prosesi başlandı. Məhz Ulu Öndərin əsasını qoyduğu iqtisadi model sayəsində Azərbaycanın sarsılmaz iqtisadi gücü yarandı və dayanıqlı maliyyə potenisalı torpaqlarımızı azad edə biləcək güclü ordunu formalaşdırdı.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O, məcburi köçkünlər qarşısında çıxışlarının birində dərin bir inam və əminliklə bildirirdi ki, bu torpaqlar azad ediləcək.

Heydər Əliyevin ümdə arzularını isə Müzəffər Liderimiz, Prezident İlham Əliyev reallaşdırdı – ata vəsiyyətini yerinə yetirdi, torpaqlarımızı son qarışına qədər xarici işğaldan azad etdi.

Ali Baş Komandan bu qürurverici tarixi anı belə dəyərlənirdi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”

Bu gün isə dünya azərbaycanlıları qürurla qeyd edirlər ki, Ulu Öndərin ideyalarının layiqli davamçısı və Azərbaycan xalqına buraxdığı mirasın əsl qoruyucu Prezident İlham Əliyevin rəhbərliyi altında artıq dünyada orta güc kimi qəbul edilən Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri getdikcə daha da möhkəmlənir.

 

Ramid Namazov

Milli Məclisin deputatı

Previous Post

Naxçıvanski adına Hərbi Liseyin rəisi: Məzunlarımız Azərbaycanın keşiyində məğrurcasına dayanır – FOTO

Next Post

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Bənzər yazılar

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00

Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatik korpusun nümayəndələri Kəlbəcərdə “İstisu” mineral su zavoduna baş çəkiblər. APA-nın Qarabağa ezam edilmiş...

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

Putinlə Si Cinpin Hindistanda ayaqüstü söhbət edəcəklər

12 Sentyabr 2026 - 10:54

Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS liderlərinin 18-ci sammitində iştirak etmək üçün Hindistana gedib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər

12 Sentyabr 2026 - 10:17

Diplomatik korpusun nümayəndələri Ağdərə və Kəlbəcərə yola düşüblər. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici...

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

11 Sentyabr 2026 - 23:24

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib....

Next Post
Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb

Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib

Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.