"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Milli musiqimiz varsa, xalqımız da yaşayır

17 İyul 2023 - 12:11
in CƏMİYYƏT
FacebookVatsap

Milli musiqimiz, milli musiqi alətlərimiz xalqımızın dünyagörüşünü əks etdirir. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir. Aşıq sənəti özündə dilimizi, tariximizi, mənəvi keyfiyyətlərimizi, söz və musiqi sərvətimizi qoruması, dövləti, dövlətçiliyi ruhunda yaşatdığı üçün azərbaycançılığa xidmət edir.

Bunu da oxuyun

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Milli musiqimiz varsa, xalqımız da yaşayır. Məlumdur ki, ozan-aşıq sənəti xalqımızın arxaik dövrdə yaratdığı milli sənətdir Aşıq sənəti, sözün əsl mənasında, Azərbaycan dövləti tərəfindən qorunur, ona diqqət göstərilir.

Aşıq sənəti xalq arasında hər zaman hörmətlə qarşılanan bir sənət kimi sovet illərində də inkişaf edib.
Azərbaycan aşıqları hər zaman xalqımızın milli maraqlarından çıxış edib. Aşıqları xalq da sevib, dövlət də. Azərbaycan aşıq sənəti tarixi ənənələrdən çıxış edərək bu gün də yaşayıb nüfuz etməkdədir.

28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Kökləri qədimlərə gedib çıxan aşıq sənəti sinkretikdir. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeriyyət və musiqili improvizə. Bu cür rəngarəng bədii vasitələrlə silahlanmış və xüsusi istedada malik aşıq ifaçısı öz sənəti ilə çoxsaylı dinləyiciləri məftun edə bilər. Aşıqların ifası mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edirlər.

Aşıqlar milli Azərbaycan bayramları və toylarının əvəzedilməz iştirakçıları olmuşlar. Onlar öz mahnılarını balaban və digər nəfəs alətlərinin müşayiəti ilə ifa edirdilər, lakin əsas musiqi aləti hər zaman qədim Azərbaycan musiqi aləti olan saz olmuşdur. Qədim zamanlarda aşıqları ozan, varsaq, dədə adlandırırdılar. Onların tarixi keçmişi haqqında məlumatlar eposlarda, hekayətlərdə və mahnılarda qorunub saxlanaraq bu günümüzə qədər gəlib çatmışdır.

Aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin iki vacib əsaslarındandır. Aşıq sənəti əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq sənəti yalnız poetik düşüncə nümunəsi deyil, xalqın müdrikliyinin, çoxəsrlik təcrübəsinin, mədəniyyətinin təzahürüdür. O, şifahi nitqin zənginliyi və müxtəlifliyi ilə fərqlənir, onda xalqın dilinin sadəliyi, poetikliyi və gözəlliyi, əvəzolunmaz emosionallığı əks olunur. Aşıqlar öz zəngin poetikalarını yaratmışlar. Aşıq aşıq sənətinin əsas lirik qəhrəmanı, əsas siması və aparıcı obrazıdır. Aşıq sənətində ədəbi-bədii ifadələr əks olunmaqla, onlar şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında birləşdirici halqadırlar.

Azərbaycan aşıqlarının ən qədim epik yaradıcılıq nümunəsi müasir Azərbaycan aşıqlarının ulu babaları olan qədim ozanların həyatına, sevgi və qəhrəmanlıqlarına həsr olunmuş VII əsrə aid edilən “Kitabi Dədə Qorqud” dastanıdır. Aşıq sənəti həmçinin bəstəkarların yaradıcılığına da təsir göstərmişdir. İlk dəfə aşıq musiqisinin xüsusiyyətləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən “Koroğlu” operasında istifadə olunmuşdur. Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən bəstəkar Qara Qarayev isə Üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilmişdir.

Aşıq musiqilərinin 80-dən çox (“Kərəmi”, “Əfşarı”, “Kürdü”, “Dilqəmi”, “Yanıq Kərəmi”) coğrafi variantları mövcuddur. Aşıq havalarında musiqilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının əsas vəzni heca vəznidir. Havaların quruluşu şeirin forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (16-cı əsr), Abbas Tufarqanlı, Sarı Aşıq (17-ci əsr), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (18-ci əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli (19-cu əsr) və b. aşıq sənətinin klassikləri hesab olunurlar. Müasir dövr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər Cəfərov və b. fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır.

Cavid

Yazı “Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aşıq sənətində gənclik və sənətin gələcəyi” layihəsi çərçivəsində hazırlanıb

Previous Post

Ukrayna: Qoşunlarımız 210 kvadrat kilometr ərazini azad edib

Next Post

Azərbaycana qar yağdı

Bənzər yazılar

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13 Noyabr 2026 - 14:13

13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü görmə məhdudiyyəti olan şəxslərin hüquqlarını, cəmiyyətdə...

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

13 Noyabr 2026 - 12:29

"2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır". Elchi.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan...

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr 2026 - 12:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu...

İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

13 Noyabr 2026 - 11:58

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Hörmüzqan əyalətinin Sirik şəhərindəki telekommunikasiya qülləsinə edilən hücuma cavab olaraq, Bəhreyndə yerləşən...

Next Post
Bu ərazimizə qar yağdı

Azərbaycana qar yağdı

Bu ərazimizə qar yağdı

Azərbaycana qar yağdı

Son xəbərlər

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13 Noyabr 2026 - 14:13
İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək

13 Noyabr 2026 - 12:29
Darth Vaderin işıq qılıncı rekord məbləğə – 4,87 milyon dollara satıldı

Darth Vaderin işıq qılıncı rekord məbləğə – 4,87 milyon dollara satıldı

13 Noyabr 2026 - 12:14
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr 2026 - 12:04
İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

İranın Sirik hücumuna cavabı: ABŞ radarı hədəf alındı

13 Noyabr 2026 - 11:58
Şimali Koreyanın yaranmasından bəri ilk dəfə: Bayraq dəyişdi

Şimali Koreyanın yaranmasından bəri ilk dəfə: Bayraq dəyişdi

13 Noyabr 2026 - 11:43
Sudanın Darfur bölgəsində minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb

Sudanın Darfur bölgəsində minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb

13 Noyabr 2026 - 11:34
Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb

13 Noyabr 2026 - 11:26
Qaradağda yeni körpü tikilir

Qaradağda yeni körpü tikilir

13 Noyabr 2026 - 11:15
Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

13 Noyabr 2026 - 11:07
Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

13 Noyabr 2026 - 10:56
Braziliya lideri Lula da Silva: Planet hegemoniya uğrunda mübarizələrin ixtiyarına buraxıla bilməz

Braziliya lideri Lula da Silva: Planet hegemoniya uğrunda mübarizələrin ixtiyarına buraxıla bilməz

13 Noyabr 2026 - 10:43
FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

13 Noyabr 2026 - 10:31
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı olub

13 Noyabr 2026 - 10:16
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununa çıxır

13 Noyabr 2026 - 10:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.