Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə «Cığır» MDİD İctimai Birliyi tərəfindən icra olunan «Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği» layihəsinin bağlanış tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan «Cığır» MDİD İctimai Birliyinin sədri, həmçinin layihənin rəhbəri Nüşabə Hüseynova layihənin ümumi əhəmiyyətindən bəhs edib.
Birliyin təsisçisi, BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru və layihənin təlimçisi Yeganə Mirzəyeva mövzu ilə bağlı elmi-nəzəri fikirlərini bölüşərək, milli dəyərlərin gənc nəslə ötürülməsinin vacibliyini vurğulayıb.
Daha sonra birliyin icraçı direktoru Günel Babayeva çıxış edərək layihə çərçivəsində görülən işlərin hesabatını təqdim edib və fəaliyyətin davamlılığı barədə məlumat verib.
Tədbirdə layihə müddətində həyata keçirilmiş fəaliyyətlərə həsr olunmuş videoçarx da təqdim edilib.
Tədbir çərçivəsində layihə müddətində ərsəyə gətirilmiş «Milli-mənəvi dəyərlərin yol xəritəsi və Mədəni irsimiz» kitabının təqdimatı keçirilib və nəşrlər iştirakçılara paylanılıb.
«Cığır» MDİD İctimai Birliyi layihənin uğurla reallaşdırılmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə xüsusi təşəkkürünü bildirir.






















