"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclisdən Fransa qətnaməsinə sərt reaksiya

01 Dekabr 2022 - 11:48
in SİYASƏT
FacebookVatsap

Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
Elchi.az xəbər verir ki, bu barədə Milli Məclisin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlamasında bildirilib.
Məlumatda qeyd edilib ki, Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil edib, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul edib. Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
Vurğulanıb ki, danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən Parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyinin və müxtəlif cari maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.
Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.
Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır.
Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilib.
Bununla əlaqədar olaraq, Fransa Parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sıravi Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı”.

Bunu da oxuyun

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

Previous Post

Milli Məclisdən Fransa qətnaməsinə sərt reaksiya

Next Post

SEPAH 6 yaşlı uşağı kor elədi

Bənzər yazılar

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00

“Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala,məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik,dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün özmüstəqil...

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident bir qrup neft sənayesi işçisini təltif edib – SƏRƏNCAM

19 Sentyabr 2026 - 15:19

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan...

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır

18 Sentyabr 2026 - 23:22

Ölkəmizin və can Azərbaycanımızın müstəqilliyi, millətimizin birliyi və dövlətlərimizin gələcəyi naminə şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər bu gün birlikdə...

Next Post
SEPAH 6 yaşlı uşağı kor elədi

SEPAH 6 yaşlı uşağı kor elədi

SEPAH 6 yaşlı uşağı kor elədi

SEPAH 6 yaşlı uşağı kor elədi

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.