Milli intibah prosesi gedir. Güney Azərbaycandakı soydaşlarımızın hüquqları, Qərbi Azərbaycandakı torpaqlarımız məsələsi bunun göstəricisidir. Hesab edirəm ki, başqa bir addım da atılmalıdır.
Elchi.az xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, son 30 ildir müzakirə edilən soyad məsələsi var:
“Əslində söhbət soyad dəyişilməsindən də getmir, şəkilçidən gedir. Əgər 30 il əvvəl bu proses başlansaydı, indi hamı milli soyad daşıyırdı.
Təklif edirəm ki, 2023-cü il yanvarın 1-dən etibarən yeni doğulan körpələrə soyad verilərkən milli soyad sonluğu qoyulsun, yəni “ov”dan imtina edilsin”.
Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
Sentyabrın 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Stabillik naminə konsensus yaratmaq, təhlükəsizlik idarəçiliyini birlikdə inkişaf etdirmək” şüarı ilə...





















Son şərhlər