"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Milli Məclis Yeni Əsrin Müqaviləsini QƏBUL ETDİ

31 Oktyabr 2017 - 15:05
in MANŞET, SİYASƏT
FacebookVatsap

 

Bunu da oxuyun

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Lukaşenkodan Avropaya mesaj: “Rusiyasız təhlükəsizlik mümkün deyil!”

Milli Məclis Yeni Əsrin Müqaviləsini QƏBUL ETDİ - YENİLƏNDİ

Milli Məclisin plenar iclası başlayıb.

Elchi.az Publika.az-a istinadən xəbər verir ki, iclasda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər LTD, Ekson Azərbaycan Limited, İndeks Sausvest Kaspian Si, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə dair” qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi haqqında deputatlara məlumat verən vitse-spiker Valeh Ələsgərov deyib ki, yenilənən saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb: “Görülən işlərin nəticəsi kimi indiyədək podratçı tərəflər mənfəətlərindən 14,4 milyard dollar mənfəət vergisi ödəyib. Dövlət Neft Şirkətinin törəmə şirkəti podratçı tərəf olaraq mənfəət neftinin satışından 5,9 milyard dollar qazanıb. Müqavilə şərtlərinə uyğun olaraq texnoloji tələbat üçün istifadə olunmayan 41,7 milyard kubmetr həcmində səmt qazı ötürülüb. Mövcud məlumata görə, adı çəkilən yataqlarda ən azı 500 milyon tona yaxın çıxarıla biləcək neft ehtiyatı var. Müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər olduğundan qalan 7 ildə hasilat aşağı düşəcək. Bu hasilatı isə sonradan bərpa etmək çox çətin olacaq. Ona görə də müqavilə müddətinin uzadılması, yenilənməsi çox uzaqgörənliklə atılan bir addımdır”.
Vitse-spiker qeyd etdi ki, Azərbaycan dövləti və Dövlət Neft Şirkəti yenilənmiş müqaviləni bundan əvvəlki müqavilədəki şərtlərdən də üstün şərtlərlə imzalayıb: “Dövlət Neft Şirkətinin danışıqlar nəticəsində daha üstün, əlverişli şərtlər əldə etməsində əsas amillərdən biri həm neft, həm də qaz sahəsində artıq heç bir riskin olmamasıdır. Bunun üçün də həmin xarici investorlar ölkəmizə hər il 450 milyon dollar olmaqla 8 il bonus ödəyəcək”.

Onun sözlərinə görə, sazişin 31 dekabr 2049-cu ilə qədər davam etməsi nəzərdə tutulub.

Deputat Vahid Əhmədov deyib ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılması ciddi qələbədir: “Bir çoxları buna mane olmaq istəyirdi. Erməni lobbisinin ciddi təzyiqlərinə baxmayaraq Azərbaycan dövlət başçısının siyasi iradəsi ilə dəmir yolu açıldı. Bu layihənin iqtisadi üstünlüklərini bir kənara qoyaraq deyirəm ki, ciddi siyasi əhəmiyyəti var. Bu, Azərbaycan müstəqilliyinin möhkəmlənməsinə xidmət edən layihədir. Mən bu layihəni həyata keçirilməsində əməyi olan hər kəsə minnətdaram. Azərbaycan dövlət başçısına təşəkkürümü bildiriəm”.

Deputat daha sonra qeyd edib ki, Əsrin Müqaviləsi imzalandıqdan sonra Azərbaycanda ciddi infrastruktur yaradılıb: “İndi müzakirə edilən saziş Əsrin Müqaviləsinin davamıdır. Çox müsbət haldır ki, yeni sazişə əsasən layihədə işləyəcək şəxslərin 90 % Azərbaycan vətəndaşı olacaq”.

Deputat Əli Məsimli isə hesab edib ki, bu gün Milli Məclis çox əhəmiyyətli bir sazişi müzakirə edir: “Əsrin Müqaviləsinin imzalanması zamanında ciddi narahatlıq var idi. Azərbaycan bunu həyata keçirə bildi. Bu müqavilə ilə Xəzərin karbohidrogen ehtiyatları dünyaya açıldı. Azərbaycan neft ölkəsi kimi özünü təsdiq etdi. Bu layihənin davamı olaraq indi müzakirə etdiyimiz layihə də Azərbaycana iqtisadi, siyasi, sosial, regional təhlükəsizlik istiqamətində dvidentlər qazandıracaq”.

Sonda çıxış edən V.Ələsgərov deputatların sualına cavab olaraq qeyd edib ki, layihəyə çərçivəsində 40 milyard dollara qədər investisiya yatırımı gözlənilir: “Bununla bağlı müxtəlif rəqəmlər deyilir. Bəzən 35, bəzən 38 milyard rəqəmi səsləndirilir. Amma istehsalatda xərcləri konkret planlaşdırmaq olmaz. Bu bazardakı qiymətlər və yataqlarda aparılacaq işlərlə bağlı məsələdir”.

Qanun layihəsi müzakirələrdən sonra yekdilliklə qəbul edilib.

Previous Post

Milli Məclis Yeni Əsrin Müqaviləsini QƏBUL ETDİ

Next Post

Bəzi yerlərdə leysan olacaq, qar yağacaq — XƏBƏRDARLIQ

Bənzər yazılar

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib

25 Noyabr 2026 - 16:37

Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan...

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

Azərbaycan və Litva XİN rəhbərləri görüşdü – YENİLƏNDİ

25 Noyabr 2026 - 16:06

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan litvalı həmkarı Kestutis Budris ilə görüşüb. Bu barədə Elchi.az-a...

Lukaşenkodan Avropaya mesaj: “Rusiyasız təhlükəsizlik mümkün deyil!”

Lukaşenkodan Avropaya mesaj: “Rusiyasız təhlükəsizlik mümkün deyil!”

25 Noyabr 2026 - 15:51

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiyanın iştirakı olmadan Avropanın təhlükəsizlik arxitekturası mümkün deyil. Elchi.az xəbər verir ki, o, bu...

Merts Bundestaqda sərt TƏNQİD EDİLDİ

Merts Bundestaqda sərt TƏNQİD EDİLDİ

25 Noyabr 2026 - 15:00

Almaniya üçün Alternativ (AfD) həmsədri Tino Çrupalla Almaniya kansleri Fridrix Mertsi Ukraynaya yardıma görə kəskin tənqid edib. Elchi.az xəbər verir...

Next Post

Bəzi yerlərdə leysan olacaq, qar yağacaq — XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, qar yağacaq — XƏBƏRDARLIQ

Son xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verib

Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Elmira Şabanovanın vəfatı ilə əlaqədar başsağlığı verib

25 Noyabr 2026 - 23:36
Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb

Nigeriyada silahlı hücumlar nəticəsində azı 30 nəfər öldürülüb

25 Noyabr 2026 - 23:29
Misirdə neft məhsulları daşıyan sisternin yanması nəticəsində 30 nəfər ölüb

Misirdə neft məhsulları daşıyan sisternin yanması nəticəsində 30 nəfər ölüb

25 Noyabr 2026 - 23:25
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 - 22:00
İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

İsrail ordusu Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik aparatının yeni rəhbərini öldürüb

25 Noyabr 2026 - 20:05
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

25 Noyabr 2026 - 20:03
İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

İran ordusu: Hörmüz boğazında neft tankeri dəniz minasına çırpılaraq alışıb

25 Noyabr 2026 - 20:00
Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

Kəraçidə tikilməkdə olan binanın çökməsi nəticəsində üç nəfər ölüb

25 Noyabr 2026 - 19:57
Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq

25 Noyabr 2026 - 19:29
Xalq artisti Elmira Şabanova vəfat edib

Xalq artisti Elmira Şabanova vəfat edib

25 Noyabr 2026 - 19:20
Mbappe Ronaldonu geridə qoydu

Mbappe Ronaldonu geridə qoydu

25 Noyabr 2026 - 19:13
Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

Parisdəki kütləvi etirazlar turizm sektoruna 1,5 milyard avro ziyan vurub

25 Noyabr 2026 - 19:00
İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

İdman yarışlarının maliyyələşdirilməsi ilə bağlı yeni qərar

25 Noyabr 2026 - 18:55
Bakıda 28 istiqamətdə sıxlıq var

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 - 18:43
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

25 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.