"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Milli Məclisin deputatları Anım Günü ilə bağlı dünya parlamentlərinə müraciət edib

26 Sentyabr 2025 - 11:55
in SİYASƏT
FacebookVatsap

“Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar”.

Bunu da oxuyun

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Respublikasının təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir.

Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra Azərbaycan Respublikasının BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyi xatırladılır.

Müraciətdə hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən və insanlıq əleyhinə cinayətlərdən də bəhs edilir. Xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib.

Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulduğu, Azərbaycanın suverenliyinin onun bütün ərazisində bərqərar edildiyi xatırladılaraq, hazırda işğaldan azad edilmiş bölgələrdə yaşayış məskənləri tikilərək bərpa olunduqca keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı diqqətə çatdırılır. Bununla belə, Ermənistan tərəfinin Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə minanın törədiyi fəsadlar da təəssüf hissi ilə qeyd olunur.

Bütün bunlara baxmayaraq, məhz Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etdiyi, ötən 5 ildə sülh gündəliyinin həyata keçirilməsi üçün ciddi səylər göstərdiyi, sülh sazişinin layihəsinin də məhz Azərbaycan tərəfindən tərtib edildiyi vurğulanır. Bu çərçivədə bu ilin avqust ayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşüb danışıqlar aparmasının, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaratdığı xatırladılır.

Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq, reallaşacaq “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyi vurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasının Azərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhü bərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadə olunur.

Previous Post

Tədqiqat: Ayda böyük platin ehtiyatları ola bilər

Next Post

Qlobal tribunadan sülhə və əməkdaşlığa çağırış

Bənzər yazılar

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14

İyulun 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə...

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul 2026 - 16:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçi qəbul edib. Elchi.az xəbər verir ki, söhbət...

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15

Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili ilə...

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06

“Yol hərəkəti haqqında” qanununda dəyişikliklə əlaqədar bəzi qanunlarında dəyişiklik ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov...

Next Post
Qlobal tribunadan sülhə və əməkdaşlığa çağırış

Qlobal tribunadan sülhə və əməkdaşlığa çağırış

2026 Dünya Kuboku Maskotları Təqdim edildi

2026 Dünya Kuboku Maskotları Təqdim edildi

Comments 3

  1. Fərid Kazımov says:
    10 ay ago

    Milli Məclisin bu cür müraciəti çox vacibdir. Düşünürəm ki, bu, dünya ictimaiyyətinin diqqətini cəlb etməkdə kömək edəcək. Ədalətin bərqərar olması üçün bütün dünyada haqqın səsi eşidilməlidir. Bu məsələdə milli birliyimiz də çox önəmlidir.

    Cavabla
    • Aysun Qarayeva says:
      10 ay ago

      Elədir, bu müraciətlər çox vacibdir. Belə şeylərin tez-tez olmasını istəyərdim, görəsən xaricdəkilər oxuyub nəsə başa düşürlər? Ən azından bizim də səsimiz eşidilir, bu da az deyil. Hərdən düşünürəm ki, bəlkə də belə müraciətlər daha maraqlı olardı, adam biraz gülərdi. Hələlik belə çıxdı.

      Cavabla
  2. Nuranə Qədirova says:
    10 ay ago

    Bu müraciət çox əhəmiyyətlidir. Dünya ictimaiyyətinin Anım Günü ilə bağlı həqiqətləri bilməsi çox vacibdir. Milli Məclisə bu cür addımlarına görə təşəkkür edirəm. Əminəm ki, bu müraciət beynəlxalq ictimaiyyətdə xeyli təsirə səbəb olacaq.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.