Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Azərbaycan Milli Hökumətinin 77-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Elchi.az xəbər verir ki, bəyanatda bu il “Qanlı 21 Azər”in ildönümünün fərqli atmosferdə keçirildiyi və İranda gedən proseslər vurğulanıb.
“21 Azər” ruhunu yaşatmaq üçün Güneyin dövlətçiliyini yaşatmaq vacibdir. Buna görə də bütün çeşidli ideologiyaların “Dildaşlıq, Soydaşlıq, Vətəndaşlıq” üzərində birləşməsi gərəkdir. Başqa anlamla desək, ideologiya yarışmalarını öz doğma dövlətimizin çatısı altında keçirməliyik.
“Qanlı 21 Azər” ruhu bizdən bir son milli savaş gözləyir. Bu gün işğaldan qurtuluş günüdür, öncə vətənimizi, millətimizi irançılıq boyunduruğundan qurtarmalıyıq. Millətimizin var olan kimliyini ona qaytarmalıyıq. Bu, zamanın hökmü, insanlığın təməl daşıdır”, – bildirişdə qeyd olunub.
Qeyd edək ki, Güney Azərbaycanda 1945-ci ilin 12 dekabrında yaradılan milli hökumət cəmi bir il sonra eyni gündə – bayram günündə İranın şah rejimi tərəfindən qan içində boğulmuşdu. Bu səbəbdən 21 Azər “qanlı bayram” adlandırılır.
“Birliyin Gücü – 2026” təliminin iştirakçıları üçün konsert təşkil edilib – VİDEO
“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması...





















Son şərhlər