"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Millət vəkilləri məişət zorakılığından danışdılar – Fotolar

28 Fevral 2017 - 17:49
in CƏMİYYƏT
FacebookVatsap

Millət vəkilləri məişət zorakılığından danışdılar - Fotolar

Bu gün Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə “Bərabər hüquqlar, bərabər imkanlar” layihəsi çərçivəsində məişət zorakılığı ilə bağlı gənclərlə görüş keçirilib.
Yeniçağ.az xəbər verir ki, tədbirdə çıxış edən “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin  icraçı direktoru Günel Səfərova bildirib ki, hər gün məişət zorakılığı ilə bağlı məlumatlar mediada yer alır. Onun sözlərinə görə, bu layihə çərçivəsində məişət zorakılığı çərçivəsində mülkiyyət hüquqları pozulan şəxslərə hüquqi yardımlar göstərilir:
“Əslində, bu layihə 2014-cü ildə təsdiqlənib, lakin biz onu 2017-ci ildə reallaşdıracağıq. Layihənin bir istiqaməti kimi gənclərlə maarifləndirici tədbirlərin keçirilməsidir”.
Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, məişət zorakılığı təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir:
“Zorakılıq anlayışı, mütəmadi fiziki və mənəvi təzyiqləri özündə ehtiva edir. Bəzən ailə münasibətləri ilə bağlı ölüm hadisələri baş verir və deməzdim ki, belə halların hamısında zorakılıq faktı olur. Ölüm hadisəsi biranlıq da ola bilər. Təəssüf ki, biz ancaq mətbuatda gedən yazılar və məhkəmə proseslərindən məişət zorakılığının baş verdiyini öyrənirik. Amma regionlarda, xüsusilə ucqar rayonlarda bizim bilmədiyimiz daha çox zorakılıq halları baş verir. Yaxşı olardı ki, telekanallarımız müğənnilərə sərf etdikləri vaxtdan bir az da ailə münasibətləri ilə bağlı maarifləndirmə tədbirlərinə yer ayıraydılar”.
Milli Məclisin deputatı Jalə Əliyeva isə bildirdi ki, dünya yaranandan güclünün gücsüzə zorakılığı müşahidə olunub:
“Təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, kobud səslənsə də, bu gün də cəngəllik qanunları ilə gün keçirənlər var. Hətta dünyanın inkişaf etmiş ölkələrində belə məişət zorakılığı olur. Şərt deyil ki, kişi qadını döysün. Bu gün atalar var ki, qızını zorla kiməsə ərə verir. Bu mənada təəssüf edirəm ki, XIX əsrdə Cəlil Məmmədquluzadənin, Sabirin və digər ədiblərin qələm aldığı “adətlər” hazırda da davam edir. Düzdür, vətəndaş cəmiyyətinin bu sahədə fəaliyyəti kifayət qədər əhatəlidir, Milli Məclis tərəfindən qanunlar qəbul edilib. Lakin görünən odur ki, qanunların qəbulu, inzibati tədbirlər yetərli deyil. Zorakılıq həm də insanlarımızın öz hüquqlarını bilməməsi səbəbindən də baş verir”.
Politoloq, millət vəkili Elman Nəsirli də bildirdi ki, ailə məsələlərində çox ehtiyatlı davranmaq lazımdır:
“Çünki ailədaxili problemlər kənara çıxanda xoşagəlməz hallar baş verir. Ona görə də yaranmış problem maksimum dərəcədə ailə daxilində həll edilməlidir. Yox, əgər bu, mümkün olmursa, məsələnin hüquq çərçivəsində həlli daha arzuolunandır. Düşünürəm ki, hər bir halda insan özü situasiyanı qiymətləndirməli və ona görə qərar verməlidir”.
Tədbirdə millət vəkili Elşən Musayev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar.







Bunu da oxuyun

Bəzi yerlərə leysan yağır – FAKTİKİ HAVA

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır, əməkhaqqılar artırılacaq

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Previous Post

Millət vəkilləri məişət zorakılığından danışdılar – Fotolar

Next Post

Azercell-in təhsilə dəstəyi davam edir

Bənzər yazılar

Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır – Nə baş verir?

Bəzi yerlərə leysan yağır – FAKTİKİ HAVA

31 Avqust 2026 - 10:43

Avqustun 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit,...

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır, əməkhaqqılar artırılacaq

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır, əməkhaqqılar artırılacaq

31 Avqust 2026 - 09:44

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə Elchi.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib...

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb

29 Avqust 2026 - 21:48

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb. Elchi.az  xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində...

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

Agentlik: Media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməlidir

29 Avqust 2026 - 21:44

Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları ölkədə yaşayan müxtəlif icmaların adından çıxış edərək, özlərini həmin milli azlıqların maraqlarını təmsil...

Next Post

Azercell-in təhsilə dəstəyi davam edir

Azercell-in təhsilə dəstəyi davam edir

Son xəbərlər

İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31 Avqust 2026 - 11:06
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib – VİDEO

31 Avqust 2026 - 11:00
İran ABŞ PUA-sını vurduğunu açıqladı

İran ABŞ PUA-sını vurduğunu açıqladı

31 Avqust 2026 - 10:51
Bakıya həftədə bir dəfə 2 günlük leysan yağır – Nə baş verir?

Bəzi yerlərə leysan yağır – FAKTİKİ HAVA

31 Avqust 2026 - 10:43
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət başçısı Şimali Kiprin Prezidentinə başsağlığı verib

31 Avqust 2026 - 10:41
Mərkəzi Bank iki mikromaliyyə təşkilatını cərimələyib

Mərkəzi Bank iki mikromaliyyə təşkilatını cərimələyib

31 Avqust 2026 - 10:32
Fedorov: Zelenskinin istefasını tələb etməmişəm

Fedorov: Zelenskinin istefasını tələb etməmişəm

31 Avqust 2026 - 10:25
İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

31 Avqust 2026 - 10:13
UEFA-nın keçmiş prezidenti Platini İnfantinonun istefasını tələb edir

UEFA-nın keçmiş prezidenti Platini İnfantinonun istefasını tələb edir

31 Avqust 2026 - 09:56
Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır, əməkhaqqılar artırılacaq

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır, əməkhaqqılar artırılacaq

31 Avqust 2026 - 09:44
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşdı

31 Avqust 2026 - 09:37
Azərbaycan Premyer Liqasında III tura yekun vurulur

Azərbaycan Premyer Liqasında III tura yekun vurulur

31 Avqust 2026 - 09:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.