“Yaxın gələcək üçün Rusiya iqtisadiyyatını yaxşı heç nə gözləmir”
Millət vəkili Vahid Əhmədov Moderator.az-a açıqlamasında Qərbin Rusiyaya yönəlik sanksiyaları və bu sanksiyaların şimal qonşumuz üçün doğuracağı nəticələrlə bağlı bədbin proqnozlar səsləndirib:
“Qərbin Rusiyaya yönəlik sanksiyaları ilk növbədi bu ölkənin bank sektorunu hədəf alıb. Bu snaksiyalar getdikcə artmaqda, öz miqyasını genişləndirməkdədir. Ola bilsin ki, bu sanksiyalar indiki məqamda Rusiya iqtisadiyatında o qədər də dərindən hiss edilmir. Lakin bir müddət keçəndən sonra Rusiya iqyisadiyyatı Qərbin sanksiyalarının acı nəticəsini daha aydın və daha dərindən hiss edəcəkdir. Bir sözlə, yaxın gələcək üçün Rusiya iqtisadiyyatını yaxşı heç nə gözləmir”.