Xorvatiya prezidenti bildirib ki, Rusiyaya qarşı sanksiyaların mənası yoxdur və ABŞ-ın köləsi olmaq istəmir.
Elchi.az xəbər verir ki, Xorvatiya prezidenti Zoran Milanoviç Moskvaya qarşı sanksiya siyasətini tənqid edərək, Vaşinqtonun köləsi olmaq niyyətində olmadığını da bildirib.
Bazar ertəsi, yanvarın 16-da Milanoviç Rusiyaya qarşı “sanksiyaların mənasını görmədiyini” deyib, bu məhdudlaşdırıcı tədbirləri axmaqlıq adlandırıb və həmçinin qeyd edib ki, bu cür üsullarla heç nəyə nail olmaq mümkün deyil. Bundan başqa, Xorvatiya rəhbəri “Amerika qulu” olmaq niyyətində olmadığını bildirib.
Şayəstə