“Milan” İtaliya A seriyasının X turunda “Torino”nu 1:0 hesabı ilə məğlub edib.
Bu, “rossonyerlər”in cari mövsümdə 9-cu qələbəsidir.
Mövsümün ilk 10 turunda 9 qalibiyyətə sevinən Stefano Piolinin yetirmələri 1954/55 mövsümündəki rekordu təkrarlayıb. 67 il əvvəl Bel Quttmannın rəhbərliyi altında milanlılar eyni göstəriciyə imza atıb. Həmin vaxt komanda ölkə çempionluğunu qazanıb.
Qeyd edək ki, “Milan” hazırda 28 xalla turnir cədvəlinə başçılıq edir.
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. Elchi.az...





















Son şərhlər