“Rəqabət varsa, özümüzü ən yaxşı versiyada göstərməliyik ki, məşqçi bizi seçsin”.
Elchi.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Kups”la Bakıda keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
“Bəli, əvvəllər cinah hücumçusu kimi oynamışam. Amma hazırda özümü mərkəz hücumçusu mövqeyində daha rahat hiss edirəm. Cinahda oynamağı da sevirəm. Uzun müddət həmin mövqedə çıxış etmişəm, çoxlu qol imkanları yaratmışam və fərqlənmişəm.
Ancaq indi mərkəz hücumçusu mövqeyində özümü daha rahat hiss edirəm və düşünürəm ki, komandaya bu mövqedə daha çox kömək edə bilərəm. Çünki əsas üstünlüyüm qol vurmaqdır”, – bildirib.
O, cinah hücumçusu kimi də oynaya biləcətini, lakin mərkəz hücumçusu mövqeyinə üstünlük verdiyini vurğulayıb.





















