"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Mikayılov Şuşa və Laçındakı layihələrlə tanış oldu

25 Aprel 2023 - 18:26
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Laçın şəhərlərində layihələrin icrası ilə tanış olublar.
Elchi.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində keçirilən təqdimatda Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən və planlaşdırılan işlər geniş müzakirə olunub. Bildirilib ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup su mənbələrinin, magistral xətlərin, anbarların və paylayıcı şəbəkələrin vəziyyətini araşdırıb. Şəhərin əsas su mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub, bərpa işləri aparılaraq şəhərə suyun verilişi təmin edilib.
2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi polad borularla yenilənib. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbənin yaradılmasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası və 2,6 km uzunluğunda yeni kəmər inşa edilib. 2022-ci ilin dekabrında mənbədən şəhərə suyun verilməsi təmin edilib. Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində mərkəzi su anbarlarının tikintisi davam etdirilir. Növbəti mərhələdə şəhərdaxili su, kanalizasiya və yağış suları şəbəkələrinin, içməli və tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur.
Laçın şəhərində işlərin gedişi ilə tanış olan Agentliyin sədri Zaur Mikayılova məlumat verilib ki, layihə perspektiv inkişaf nəzərə alınmaqla 18 min nəfərin içməli su və kanalizasiya xidmətlərdən istifadəsinə hesablanıb. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilir, quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunur. Su mənbəyindən 426-114 mm diametrli polad borularla 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəmərinin, nasos stansiyasının, ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikintisi və bərpası işləri davam etdirilir. İndiyə qədər inşası planlaşdırılan 58 kilometr içməli su və 49 kilometr tullantı su şəbəkəsinin böyük hissəsinin tikintisi yekunlaşıb.
Səfər çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zarıslı çayı üzərində tikilmiş sutoplayıcı bəndə, Həkəri çayı üzərində sugötürücü qurğuya, həmçinin Şuşa və Laçın şəhərlərində tikinti sahələrinə baş çəkərək layihələrin icra vəziyyəti ilə yerində tanış olub, müvafiq tapşırıqlar verib.

Bunu da oxuyun

Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq

OPEC: Azərbaycan nefti avqustda bahalaşıb

Məqsədli büdcə fondları ləğv ediləcək

Previous Post

Mikayılov Şuşa və Laçındakı layihələrlə tanış oldu

Next Post

Spiker Makkarti Baydeni diqqətini özünə deyil, ABŞ-ın gələcəyinə yönəltməyə çağırıb

Bənzər yazılar

Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq

Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq

10 Sentyabr 2026 - 16:55

Nazirlər kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında” qərar verib. Elchi.az-ın xəbərinə...

OPEC: Azərbaycan nefti avqustda bahalaşıb

OPEC: Azərbaycan nefti avqustda bahalaşıb

10 Sentyabr 2026 - 16:26

Avqustda "Azeri Light" markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq...

Məqsədli büdcə fondları ləğv ediləcək

Məqsədli büdcə fondları ləğv ediləcək

10 Sentyabr 2026 - 12:01

Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları ləğv ediləcək. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət...

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

10 Sentyabr 2026 - 11:56

Prezident İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə...

Next Post
Spiker Makkarti Baydeni diqqətini özünə deyil, ABŞ-ın gələcəyinə yönəltməyə çağırıb

Spiker Makkarti Baydeni diqqətini özünə deyil, ABŞ-ın gələcəyinə yönəltməyə çağırıb

Spiker Makkarti Baydeni diqqətini özünə deyil, ABŞ-ın gələcəyinə yönəltməyə çağırıb

Spiker Makkarti Baydeni diqqətini özünə deyil, ABŞ-ın gələcəyinə yönəltməyə çağırıb

Son xəbərlər

Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

10 Sentyabr 2026 - 17:59
Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

10 Sentyabr 2026 - 17:47
ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

10 Sentyabr 2026 - 17:35
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

10 Sentyabr 2026 - 17:27
Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

10 Sentyabr 2026 - 17:21
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

10 Sentyabr 2026 - 17:13
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

10 Sentyabr 2026 - 17:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.