MİHİ Qusar rayon Komitəsinin Hesabat-Seçki Konfransı keçirilib

Elchi.az xəbər verir ki, Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Zaur Həmidov, Xaçmaz Regional Ərazi Metodiki Mərkəzinin sədri Qərib Umudov, MİHİ Qusar rayon Komitəsinin üzvləri, Komitənin nəzdində fəaliyyət göstərən Komissiyaların sədrləri, ilk həmkarlar təşkilatlarının sədrləri və müəssisə rəhbərləri iştirak edib. Konfransı giriş sözü ilə MİHİ Qusar rayon Komitəsinin sədri Lalə Kərimova açaraq 2022-2024-cü illər ərzində görülmüş işlər barədə hesabatı ilə çıxış edib. Daha sonra Təftiş Komissiyasının sədri Tahirə Nəsruyevanın hesabatı dinlənilib. Hesabatlardan sonra MİHİ Qusar rayon Komitəsinin hesabat dövrü ərzində görülmüş işlər barədə təqdimat nümayiş olunub. Məruzə ətrafında ilk həmkarlar təşkilatının sədri Vidadi İsrafilov, Qusar rayon Əniğ kənd diyarşünaslıq evinin mədəni təşkilatçı Yavər Dövlətov, Balaqusar kənd klubunun müdiri Sədyar Poladxanov, Gedəzeyxur kənd klubunun müdiri Seyrulla Muradxanov, Mərkəzi Kitabxanasının əməkdaşı Sara Aliverdiyeva çıxış edərək Komitənin hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayıblar. MİHİ Qusar rayon Komitəsinin 2022-2024-cü illər ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib və təftiş komissiyasının hesabatı təsdiq olunub. Qeyd edək ki, daha sonra MİHİ Qusar rayon Komitəsi sədrliyinə səs çoxluğu ilə Lalə Kərimova yenidən MİHİ Qusar rayon Komitəsinin sədri seçildi. 7 nəfərdən ibarət MİHİ Qusar rayon Komitəsinin və 3 nəfərdən ibarət təftiş komissiyasının üzvləri seçilərək təsdiq edilib. Yeni seçilmiş sədr Kərimova Lalə Ənibala qızı MİHİ Respublika Komitəsinin XIX Konfransına nümayəndə və MİHİ Respublika Komitəsinə üzv seçilib.
[caption id="attachment_324988" align="alignnone" width="300"]

