ABŞ-ın texnologiya şirkətlərindən olan “Microsoft”, “Word”, “Excel” və “Outlook” daxil olmaqla ofis proqramlarına süni intellekt əlavə edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, “Kopilot” adlanan yeni funksiya uzun e-poçtları ümumiləşdirmək, “Word”-də hekayələr hazırlamaq və “PowerPoint”-də slaydları canlandırmaq kimi əməliyyatları həyata keçirməyə imkan verəcək.
“Microsoft 365”-in baş meneceri Colette Stallbaumer qeyd edib ki, yeni funksiyalar hazırda yalnız 20 korporativ müştəri üçün əlçatandır və yaxın aylarda daha çox müştəriyə təqdim ediləcək.
Yeganə