"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

MHŞT-nin qərarı səlib yürüşüdür

10 Mart 2017 - 18:50
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqota şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclası keçirilib. İclas zamanı bir sıra məsələlər müzakirə olunub, o cümlədən 4 ölkənin – Tacikistan, Qırğızıstan, Solomon adaları və Azərbaycanın MHŞT-dəki üzvlüyünün dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edib.

MHŞT üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bəyanatla çıxışında deyib ki, 2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulmuş və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib.

“Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MHŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm”.

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının Şua üzvü Əliməmməd Nuriyev Azərbaycanın MHŞT-dan çıxmasını  şərh edib.

Ə.Nuriyev bildirib ki, Azərbaycanın MHŞT-dan çıxmasına təşkilatın idarə heyətinin ötən gün verdiyi qərar səbəb olub.

“İdarə heyəti qərar qəbul edərkən siyasi motivləri əsas götürdü. İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının müraciəti nəzərə alınmadı. Əgər onlar vətəndaş cəmiyyətini bu qədər düşünürdülərsə, nədən Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin müraciətini nəzərə almadılar? Nədən beynəlxalq hüquq-müdafiə təşkilatlarının, eyni zamanda Azərbaycandan gedən 5-6 satqın və ölkəmizin maraqlarını satan ermənibaşların fikirlərini nəzərə aldılar? Biz onlarla müzakirələr apardıq ki, vətəndaş cəmiyyəti üçün Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündə qalmaq yeni fürsətdir, bizi bu imkandan məhrum etməyin. Amma, onlar bilərəkdən bizi imkandan məhrum etdilər.”.

Ə.Nuriyev vurğulayıb ki, artıq Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyəti cəza orqanına çevrilib: “Cəza orqanı bir neçə şəxsin fikirləri əsasında qərarlar qəbul edir. Halbuki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə ilk qoşulan, ən çox hesabat verən, standartlara uyğun fəaliyyət göstərən ölkə idi. Azərbaycanda özünü qeyri-hökumət təşkilatı elan edən, ancaq faktiki siyasətlə məşğul olanlara İdarə Heyəti “yox” deməli, koalisiya üzvlərinin müraciətini nəzərə almalı idi. Amma, bunu etmədilər. Bunu etmək cəsarətində olmadılar. Çünki, orada qərarların qəbul edilməsində tamamilə başqa mexanizmlər rol oynayır. Biz bunu gördük”.

Ə.Nuriyev vurğulayıb ki, bu qərar Azərbaycan vətəndaş cəmiyyətinə, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün irəliləməsinə zərbədir: “MHŞT-nın qərarı Azərbaycan hökumətini adekvat addım atmağa məcbur etdi. Hökumət özünə hörmət edir. Özünə hörmət edən hökumət təbii ki, bütün görülən işlərə, davam edən fəaliyyətə rəğmən haqsız qərarlarla rastlaşırsa, nə etməli idi? O təşəbbüsdə qalmalı idimi? Mənə elə gəlir ki, bu məntiqi sonluqdur. Bu məntiqi sonluğu biz Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinə bildirmişdik. Məktubumuzda qeyd etmişdik ki, belə bir təhlükə ola bilər. Çox təəssüf ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü müəyyən qrupların nəzarəti altındadır”.

Koalisiya üzvü qeyd edib ki, iclasda çox maraqlı situasiya baş verib: “Təsəvvür edin, işğalçı Ermənistanı bu təşəbbüsə daxil etdilər. Bax, budur ikili standartlar, beynəlxalq təşəbbüslərin arxasında duran məqsədlər. Onlar bu təşəbbüsdə üç müsəlman ölkəsinin fəaliyyətini dayandırdılar. Nədən bunu etdilər? Bu, növbəti səlib yürüşüdür Hesab edirəm ki, onlar bu məsələlərdə bir qədər diqqətli olmalı idilər”.

Ə.Nuriyev deyib ki, bu qərara baxmayaraq, Azərbaycan şəffaflıq və hesabatlılıqla bağlı məsələləri davam etdirəcək: >“Bizim Dövlət Neft Fondu fəaliyyətində tam şəffafdır. Bütün gördüyü işlərlə bağlı Azərbaycan cəmiyyətinə məlumat verir, dövlət qarşısında hesabatlıdır. Bu baxımdan itiriləcək xüsusi bir şey yoxdur. Amma, vətəndaş cəmiyyəti çox şey itirəcək. İnanıram ki, Azərbaycan hökuməti bu təşəbbüs çərçivəsində yox, bütövlükdə özünün elan etdiyi prioritetlər, islahatların ruhuna uyğun olaraq bu ölkənin milli maraqlarına xidmət edən vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlığı davam etdirəcək”.

Previous Post

MHŞT-nin qərarı səlib yürüşüdür

Next Post

Ərdoğan Putinlə Qarabağı müzakirə edib: “Müharibə riski artıb”

Bənzər yazılar

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39

Oktyabrın 4-ü saat 12:00-a olan məlumatına əsasən Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Elchi.az xəbər verir ki, bu...

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

Next Post

Ərdoğan Putinlə Qarabağı müzakirə edib: "Müharibə riski artıb"

Ərdoğan Putinlə Qarabağı müzakirə edib: "Müharibə riski artıb"

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.