Yaponiyada orta məktəb futbol matçı zamanı ildırımın meydançaya düşməsi nəticəsində ikisi ağır olmaqla 18 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, Miyazaki prefekturasındakı Oyodo Qakuen Hoşo liseyinin futbol meydançasında oynanan matç zamanı ildırım düşüb.
Hosho Liseyi ilə Kamoto Liseyi arasında keçirilən yoldaşlıq görüşü zamanı ildırımın meydançanın kənarına düşməsi nəticəsində 2-si ağır olmaqla 18 nəfər xəsarət alıb.
Xəbərdarlıq üzərinə Miyazaki Yanğından Mühafizə Xidməti əraziyə göndərilib.
Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Dövlət yayımı NHK bildirib ki, şəhər polisi yaralılardan ikisinin qəfil ürək dayanması səbəbindən səhhətinin ağır olduğunu bildirib.
Nuranə Məmmədova