"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Metsamor təhlükəsi Avropanı ciddi narahat edir

19 May 2016 - 19:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Avropanın nüfuzlu analitik portallarından biri olan “Moderndiplomacy.eu”da Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) təhlükələrindən bəhs edən məqalə yayılıb.

Bunu da oxuyun

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi – Siyahı

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

 

Təhlükəsizlik məsələləri üzrə ekspert Petra Poseganın müəllifi olduğu məqalədə bəşəriyyətin təhlükəsizliyi üçün bir çox risklərin mövcud olduğu müasir dövrdə nüvə silahı istehsal etmək üçün müvafiq materiallara sahib ölkələrin qarşısını almağın vacibliyi vurğulanır. Qeyd olunur ki, bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə daha çox mühümdür. On illərdir ki, davam edən və həll edilə bilməyən münaqişəyə nüvə silahı amilinin əlavə edilməsi regiondakı sülh və sabitliyi tamamilə poza bilər. Buna görə də Ermənistanın nüvə gücünə malik olmasına qarşı daha ciddi addımlar atılmalıdır.

Yazıda, həmçinin Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına istinad edilərək bildirilir ki, Ermənistan nüvə və digər radioaktiv materialların qanunsuz ticarətinə görə ilk yerlərdədir. 1999-cu ildən bəri bu ölkədə bir neçə ciddi hadisə baş verib. Son vaxtlar baş verən hadisələr isə birbaşa Ermənistandan keçən nüvə qaçaqmalçılığı marşrutunun olduğunu deməyə əsas verir. Ermənistan vətəndaşları Gürcüstanda nüvə qaçaqmalçılığına görə saxlanılıb. Dəlillər göstərir ki, qaçaqmalçılıq zamanı daşınan nüvə maddələri nüvə silahının hazırlanmasında istifadə olunur. Nüvə silahlarının həddindən artıq təhlükəli olması bu faktlara ciddi yanaşma tələb edir.

Müəllif yazır ki, aprel ayında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu və bunu daha da inkişaf etdirməyə qadir olduğunu deməklə dünya ictimaiyyətini xeyli təəccübləndirdi. Ekspertin fikrincə, Ermənistanın bu silaha malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri təhdid etməkdir.

Müəllif son dövrlərdə Cənubi Qafqazda yüksək dərəcədə radioaktiv maddə olan Uran 238-in qaçaqmalçılıq yolu ilə satılması kimi halların aşkarlandığını qeyd edir. O, bu halların daha çox Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Gürcüstanın Cənubi Osetiya ərazisində baş verməsinin daha böyük təhlükə yaratdığını vurğulayır.

Yazıda, həmçinin Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in istifadə müddətinin bitdiyi, stansiyanın işinə nəzarət edə və sistemdə baş verə biləcək nöqsanları aradan qaldıracaq təhlükəsizlik mexanizminin mövcud olmadığı diqqətə çatdırılır. Bu yaxınlarda 30 illiyi qeyd edilən Çernobıl faciəsinin nümunə göstərildiyi məqalədə Metsamor AES-in də region üçün eyni təhlükəni yaratdığı qeyd olunur. Müəllif yazır ki, istifadə müddəti bitmiş Metsamor kimi sistemlər ya təmir edilənə və müvafiq təhlükəsizlik standartları tətbiq olunana qədər bağlanmalı, ya da lazımi hüquqi tələblərə cavab vermirsə tamamilə ləğv edilməlidir.

Qeyd edilir ki, Metsamor AES-in yerləşdiyi ərazi olduqca seysmik zonadır. Yəni, təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yara bilər. Erməni rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada biləcək stansiyanın işini davam etdirirlər. Metsamor AES Asiya, Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün ciddi təhdid hesab edilməli və ləğv edilməlidir. (Azərtac)

Previous Post

Metsamor təhlükəsi Avropanı ciddi narahat edir

Next Post

Qubad İbadoğlu: “Gerçək inflyasiya rəsmi göstəricidən dəfələrlə çoxdur”

Bənzər yazılar

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi – Siyahı

Azərbaycana ən çox turist bu ölkələrdən gəldi – Siyahı

27 İyul 2026 - 13:45

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə...

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49

Türkiyənin cənubundakı Antalya vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində beş nəfər ölüb, iki nəfər yaralanıb. Elchi.az bu barədə "Haber Global"a...

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Next Post

Qubad İbadoğlu: “Gerçək inflyasiya rəsmi göstəricidən dəfələrlə çoxdur”

Qubad İbadoğlu: “Gerçək inflyasiya rəsmi göstəricidən dəfələrlə çoxdur”

Son xəbərlər

Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında əməkdaşlıq planı imzalanıb

27 İyul 2026 - 18:56
Lerikdə əməliyyat: saxlanılan var

Lerikdə əməliyyat: saxlanılan var

27 İyul 2026 - 18:42
İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

İtaliyada etirazlar zamanı 120 polis xəsarət alıb

27 İyul 2026 - 18:34
Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı…

27 İyul 2026 - 18:25
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 18:12
Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

Husiçilər Səudiyyə Ərəbistanının neft obyektlərinə PUA hücumu etdiklərini bildirdilər

27 İyul 2026 - 17:56
ABŞ “Patriot” və “THAAD” komponentlərinin istehsalını genişləndirəcək

ABŞ “Patriot” və “THAAD” komponentlərinin istehsalını genişləndirəcək

27 İyul 2026 - 17:49
Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

Nazirlikdən fermerlərə xəbardarlıq: Cərimə…

27 İyul 2026 - 17:37
Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub

Səudiyyə Ərəbistanı neft obyektlərinə doğru uçan PUA-ları vurub

27 İyul 2026 - 17:25
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi

Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi

27 İyul 2026 - 17:17
Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

Netanyahu Trampla ilk növbədə İran məsələsini müzakirə edəcək

27 İyul 2026 - 17:10
Tehrandan Moskvaya mesaj: Əraqçı Xəzərdəki hücumu Lavrovla müzakirə etdi

Tehrandan Moskvaya mesaj: Əraqçı Xəzərdəki hücumu Lavrovla müzakirə etdi

27 İyul 2026 - 16:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.