EN RU

Metro istifadəçilərinin diqqətinə – Bu stansiyada… + Foto

>

“Neftçilər” stansiyasının vestibüllərində təmir işlərinə başlanılıb.

Bunu da oxuyun

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib ki, sərnişinlərin hərəkətini məhdudlaşdırmamaq məqsədilə təmir mərhələli şəkildə aparılacaq: “Müvafiq iş şəraitini yaratmaq, həmçinin sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmir sahələri çəpərlənəcək. Yeniləşmə tədbirlərinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulur. Yeniləşmə tədbirləri çərçivəsində vestibüllərdə elektrik və rabitə xətləri də dəyişdiriləcək, sanitar qovşaqlarda təmir-bərpa işləri yerinə yetiriləcək”.

1972-ci ildə istismara verilmiş stansiyanın hər iki vestibülündə döşəmə və divar örtüyü uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb.

Qeyd edək ki, 2016-cı ildə stansiyanın keçidləri təmir edilərək, döşəmə və divar örtüyü yenilənib, keçid divarlarında stansiyanın adına uyğun mozaik pannolar vurulub.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com