“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” istifadəçiləri üçün ABŞ-da hesablarını yoxlamaq üçün ödənişli abunə xidməti istifadəyə verib.
Elchi.az xəbər verir ki, mövzu ilə bağlı “Meta”-dan verilən açıqlamada fevral ayında sınaqdan keçiriləcəyi açıqlanan “Meta Verified” xidmətinin ABŞ-da istifadəyə verildiyi bildirilib.
Bu kontekstdə veb istifadəçilərindən aylıq 11,99 ABŞ dolları, “Apple İOS” və ya “Google Android” istifadəçilərindən isə 14,99 ABŞ dolları abunə haqqı tutulacaq.
Hesablarını rəsmi şəxsiyyət ilə təsdiqləyən “Facebook” və “Instagram” istifadəçiləri mavi işarə nişanı, həmçinin hesabın saxtakarlıqdan qorunması və müştəri dəstəyinə birbaşa çıxış əldə edəcəklər.
Sosial media platforması “Twitter” də keçən il ödənişli doğrulama xidmətini istifadəyə verib.
Yeganə