ABŞ-ın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 900-cü qoluna imza atıb.
Elchi.az xəbər verir ki, o, KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin “Neşvill”ə qarşı cavab matçının 7-ci dəqiqəsində fərqlənib. Argentinalı ulduz ABŞ komandasının heyətində 81, “Barselona”da 672, PSJ-də 32, Argentina yığmasında isə 115 qol vuraraq ümumi sayı 900-ə çatdırıb.
Messinin qolu “İnter”i turnirdən kənarlaşmaqdan xilas etməyib. Görüş 1:1 hesabı ilə başa çatıb və ilk oyunun 0:0 bitməsi səbəbindən “Neşvill” səfər qolu qaydasına əsasən növbəti mərhələyə yüksəlib.
Messinin uğurları və statistikası:
Barselona dövrü (2003–2021): 835 oyunda 709 qol (rəsmi və qeyri-rəsmi oyunlar daxil), 35 trofey, 4 Çempionlar Liqası qalibi.
Milli komanda: 2022-ci il Dünya Çempionu, ikiqat Amerika Kuboku (Copa América) qalibi.
Fərdi mükafatlar: 8 dəfə “Qızıl top” (Ballon d’Or) sahibi.
Ümumi titul sayı: “Barselona”da 35, Argentina yığmasında 6, PSJ-də isə 3 titul qazanıb.
Lionel Messi 2023-cü ildən karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirir.
Məryəm





















