“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi atasının dəfn mərasimi zamanı onun şəxsi həyatını pozan jurnalistləri məhkəməyə verəcək.
Elchi.az xəbər verir ki, bu barədə jurnalist Fran Kasaretto özünün X səhifəsində yazıb.
Qeyd edək ki, avqustun 8-də Lionel Messinin atası Xorxe Messi uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Xorxe Messinin dəfn mərasimi Argentinanın Rosario şəhərində qapalı şəkildə, yalnız ailəsi və dostlarının iştirakı ilə keçirilib.





















