Almaniya kansleri Fridrix Merz baş nazir Benyamin Netanyahu ilə danışıqlar aparmaq üçün dekabrın 6-7-də İsrailə səfər edəcək.
Elchi.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Meyer Berlində jurnalistlərə bildirib.
Merzin Netanyahu ilə görüşü dekabrın 7-nə təyin edilib.
“İkitərəfli münasibətlərlə yanaşı, Qəzzada atəşkəsin daha da sabitləşdirilməsinə, eləcə də digər beynəlxalq məsələlərə diqqət yetiriləcək”, – Meyer qeyd edib.
Kansler həmçinin Yad Vaşem memorial kompleksinə baş çəkəcək və İsrail vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Məryəm





















