"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Melik-Şahnazaryana açıq məktub

08 Mart 2015 - 01:33
in KÖŞƏ YAZILARI
FacebookVatsap

9859İbrahim RÜSTƏMOV

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Levon Qrantoviç, gəncəli dostumun danışdıqlarını hələ də unuda bilmirəm…
Əxlaqi dəyərlərə həmişə fövqəladə həssaslıqla yanaşan bir insan kimi, düşmən cəbhəsinə ünvanladığım məktubumu bu cümlə ilə başlamağım bəlkə də gözlənilməz və qəribə təsir bağışlayır. Lakin reallığın və həqiqətin amansız diqtəsi nə güzəşt tanıyır, nə də dost-düşmən. Həm də biz normal məntiqin alt qatlarında günü-günə calayanlardan, hər ayın sonunda alacağı məvaciblə təsəlli tapanlardan, paqon-filan altında gizlənib mürgüləyə-mürgüləyə toplumun içində əriyənlərdən, bir sözlə, baş girləyənlərdən deyilik axı. Özümüzə görə yükümüz, yükümüzə görə çəkimiz var…
***
Fikirlərimi bölüşə-bölüşə hər cümləmdə, hər kəlməmdə, hər durğu işarəmdə, hətta “probellərdə” belə birinci cümləmin “ayaq səslərini” eşidirəm və qeyri-adi narahatlıqla o cümlənin “çırpıntılarına” qulaq yoldaşı oluram. Onu deyirdim axı, Levon Qrantoviç, gəncəli dostumun danışdıqlarını hələ də unuda bilmirəm…
Əxlaqi dəyərlərə həmişə fövqəladə həssaslıqla yanaşan bir insan kimi, bu bənzərsiz yaddaş sədaqətini uğurlu nümunə saymaq məndən ötrü çox çətindi. Ancaq bu məsələdə ünvan sahibinin günahını, sərhəd-filan tanımayan anlaşılmaz canfəşanlığını da öz üzərimə götürmək niyyətində deyiləm. Məndən olsa, daha vacib məsələyə, daha mühüm ünvana üz tutardım, daha vacib məsələdən, daha mühüm ünvandan yazardım. Ancaq indiki məqamda o cümlənin üstündən sükutla keçmək, o cümləni unutmaqdan heç də asan deyil. Onu da deyim ki, etirafımın səmimi qarşılanacağına inamım çox azdı; ömrünü hərbdə keçirmiş bir insan kimi, indiyədək qarşı tərəfdən gördüklərim, eşitdiklərim və yaşadıqlarım ümidlərimi nadir hallarda doğruldub. Mən həm də öz cəbhəmdə zaman-zaman mənəvi təpkilərə məruz qalan və hər şeyi təmsil etdiyim dövlətin milli maraqlarına güzəştə getməyi bacaran hərbi jurnalistlərdənəm. Kim olur olsun, həyat fəlsəfəmin qafiyəsini pozan, gördüyüm işlərə aşağıdan yuxarı kölgə salmağa çalışan nə varsa, eynimə gəlməz: bar verən ağaca daş atarlar…
***
Maraqlıdı, elə hey ürəyimə çırpılan o cümlənin qeyri-adi inadkarlığını və onun aramsız inadkarlığı qarşısındakı gücsüzlüyümü normal məntiq də təqdir edir, amma gəlin yalançı vətənpərvərliyi bir kənara ataq və əsl həqiqətdən danışaq.
Həqiqət isə budur ki, Levon Qrantoviç, gəncəli dostumun danışdıqlarını hələ də unuda bilmirəm… Ancaq danılmaz əxlaq kodeksi, ermənilərin dililə desək, əsl türklüyüm birbaşa mətləb üstünə gəlməyimə imkan vermir. Bundan ötrü mən hələ çox məsələləri qabartmalı, yaralarımın qaysaqlarını qopartmalıyam. Çünki erməni zimVORneri kimi ləyaqətsiz və şərəfsiz deyiləm.
***
Xocalıda keçirdiyiniz “imza günü” həm tarixin, həm də insanlığın ən murdar nümunəsi kimi yaddaşımın bütün qatlarında həmişə diridi, həmişə ayıqdı. Ancaq mənim yaddaşımda, həm də o faciədən az sonra, təcavüzdən və ölümdən qurtardığım cavan, yaraşıqlı bir erməni gəlini və onun südəmər körpəsi də var. Bununla öyünmürəm. O gəlinin iki daşın arasında, məni öz övladının atası kimi tanımasını da hərbi xidmətimin ən böyük uğuru kimi qələmə vermək niyyətim yoxdu. Ancaq o gəlinin öz erməni ərini, uşağının atasını danması artıq sənin kimi özündənrazı ermənilər üçün sarsıdıcı faktdır; həm də, hamınız inanın, birinci və sonuncu nümunə deyil. Çünki öz simanızda təqdir etdiyiniz heç bir şərəfsizlik, heç bir amansızlıq bir türk əsgərinin tarixdəki möhtəşəm obrazını dəyişə bilməyəcək!
“Xocalı işi: xüsusi qovluq”da da, “Erməni xarakteri”ndə də bütün bunları oxumaq istəyirəm…
***
Azərbaycanda – dünyanın sayılıb-seçilən güc mərkəzində xüsusilə sənin kimi ermənilər üçün təəssüf doğuracaq görünməmiş ciddi bir fərqlilik yaşanır. Xalqın dövlətə və dövlət başçısına inamı yalnız gündəlik həyat qayğıları ilə məhdudlaşmır, əksinə, nəinki Qarabağa, həm də Göyçə, Zəngəzur kimi tarixi torpaqlarımızadək boy verir, böyüyür. Böyüyən təkcə inam deyil ancaq, Levon Qrantoviç. Azərbaycan adına yaxşı nə varsa, hər şey tərəqqidədir. Bakının da, ikinci başkəndimiz Gəncənin də, Sumqayıtın da… əhatə dairəsindədi bu tərəqqi. Bax Gəncə dedim, yenə də gəncəli dostumun danışdıqları yadıma düşdü. Ancaq bu dəfə onun sözlərinin üstündən sükutla keçmək niyyətim yoxdu. Olanları danışacağam. Axı həqiqət hamıdan və hər şeydən güclüdü. Qoy sadə camaatınız “qəhrəman ideloqlarının” əsl simasını görsün və tanısın…
***
Gəncə, həm də bir vaxtlar sənin və sənin kimi çoxsaylı ermənilərin bölüşdüyü “vətən” – müqəddəs Azərbaycan torpağıdır. Doğulub boya-başa çatdığın, ta o “zifaf” gecəsini yaşadığın vaxtadək sən bu yurdun çörəyini yemisən, suyunu içmisən. Özü də nə az, nə də çox, düz on altı il. İndi mən neynəyim ki, ermənilər üçün üzüağ olan o günlərdən sən üzüqara çıxmısan. Onun-bunun altına yıxıla-yıxıla ÜZDƏNİRAQLIĞINA öz əlinlə, öz xoşunla ömürlük möhür vurmusan. İndi bunu “vətənpərvərliyinlə” nə qədər pərdələməyə çalışsan da, həqiqəti dana, reallığı gizlədə bilməzsən. Ən azı ona görə ki, sənin kimi ideoloqların meydan suladığı bir məkanda, xüsusilə ordunuzda üzdəniraqlıq artıq ənənə halına çevrilib. Bircə toy çadırı, toy masası çatışmır… Doğrudan da, hər doğulan üzdəniraq Allahın yaratdığı deyil.
Bax belə, Levon Qrantoviç, bu da gəncəli dostumun dedikləri. Təfərrüatlarını, sağlıq olsun, üzbəüz danışaram. Göyçədə, Zəngəzurda görüşəndə…
Previous Post

Melik-Şahnazaryana açıq məktub

Next Post

“Dünyanın əkizi”ndən səs gəldi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Dünyanın əkizi”ndən səs gəldi

“Dünyanın əkizi”ndən səs gəldi

Son xəbərlər

Peskov: Paşinyanın Rusiyaya səfəri üçün hələ dəqiq tarix yoxdur

Peskov: Paşinyanın Rusiyaya səfəri üçün hələ dəqiq tarix yoxdur

08 Oktyabr 2026 - 11:26
Google Xəritələrdə canlı yanacaq qiymətləri dövrü başladı

Google Xəritələrdə canlı yanacaq qiymətləri dövrü başladı

08 Oktyabr 2026 - 11:13
Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

08 Oktyabr 2026 - 10:59
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47
Alimlər tamamilə yeni növ saat icad ediblər

Alimlər tamamilə yeni növ saat icad ediblər

08 Oktyabr 2026 - 10:35
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

08 Oktyabr 2026 - 10:30
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23
Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

08 Oktyabr 2026 - 10:12

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

08 Oktyabr 2026 - 09:57
Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

08 Oktyabr 2026 - 09:48
Dünya bazarlarında neftin qiyməti artıb

Dünya bazarlarında neftin qiyməti artıb

08 Oktyabr 2026 - 09:36
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

08 Oktyabr 2026 - 09:24
Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

08 Oktyabr 2026 - 09:13
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.