Meksikanın Verakruz ştatında sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində ən azı səkkiz nəfər ölüb, 19 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, bu barədə ştatın Mülki Müdafiə Nazirliyi məlumat verib.
Departament açıqlamasında bildirib ki, “19 zərərçəkənə tibbi yardım göstərilir və prokurorluq səkkiz nəfərin ölümünü təsdiqləyib”.
Onun sözlərinə görə, Conexión avtobusu Sontecomatelán bələdiyyəsində dərəyə çırpılıb. Hadisə yerində bütün müvafiq qurumların iştirakı ilə axtarış-xilasetmə əməliyyatları davam edir.
Məryəm





















